Görkəmli şəxsiyyətlər

Avqust de Morqan

İngilis riyaziyyatçısı, məntiqçi Avqust de Morqan 1806-cı ildə Hindistanın Madurai şəhərində anadan olmuşdur. 1826-cı ildə Kembricdəki Triniti Kollecini bitirdikdən sonra, Londonda Universitet Kollecində müəllimlik etmişdir.

 

1828-ci ildə De Morqan London Universitetində professor adını alan ilk şəxs oldu. O, 1831-ci ildə universitet rəhbərliyi ilə bağlı problemlərə görə tutduğu vəzifədən istefa vermiş, lakin 5 il sonra 1836-cı ildə eyni vəzifəyə qayıtmışdır. O, 1836-cı ildən sonra 30 il vəzifəsini davam etdirdi və 1866-cı ildə eyni səbəblərlə vəzifəsini tərk etdi, bir daha geri qayıtmadı. De Morqanın ilk mühüm əsəri olan “Arifmetika elementləri” 1830-cu ildə nəşr olundu və bir çox nəşrlərdən keçdi.

 

1866-cı ildə London Universitetini tərk etdikdən sonra De Morqan London Riyaziyyat Fondunu yenidən qurdu və onun ilk prezidenti oldu.


De Morqan həm də təvazökarlığı ilə tanınırdı. 


De Morqan 1871-ci ildə Londonda vəfat edib.