Uşaqlarda düzgün qidalanmama ürəyə zərər verir
Uşaqlarda düzgün qidalanmama onların ürək sağlamlığına mənfi təsir göstərə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aparılan araşdırmalarda bunun səbəbləri məlum olub.
Ümumiyyətlə, qidalanma uşaqların ürək sağlamlığı üçün ən vacib məsələlərdən biridir. Düzgün qidalanmama həddindən artıq şəkər istehlakı - piylənmə, şəkər və ürək xəstəliklərinə yol açır. Həddindən artıq duz istehlakı - yüksək təzyiq kimi problemlərə səbəb olur. Keyfiyyətsiz yağlar ürək sağlamlığına mənfi təsir göstərir. Kifayət qədər meyvə və tərəvəz istehlak edilməməsi vitamin çatışmazlığına səbəb olur. Daha az su içmək, “fast food” və hazır qidalar isə adətən çox yağ, duz və şəkər ehtiva edir. Əlbəttə ki, bütün bunlar nəticədə ürək xəstəliklərinə yol açır.
19.12.2023