Ağcaqayın
Ağcaqayın ağcaqayın fəsiləsindən olan ağac və kol bitkisi cinsidir. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmış ağcaqayının qarşı-qarşıya düzülən, dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütöv yarpaqları var. 150-dək növü məlumdur.
Kanadada ağcaqayın yarpağı milli simvola çevrilib və bu ölkənin bayrağını bəzəyir.
Azərbaycanda 8 növü olan ağcaqayının oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir. Amerikada bəzi növlərindən ağcaqayın şəkəri istehsal olunur.
Martın sonunda ağacdələnlər ağcaqayın ağaclarına “ziyarət” edir və qabıqda deşiklər açaraq axan şirin suyu içirlər. Kanadada bəzi həvəskarların çuğundur şəkərindən üstün tutduğu ağcaqayın şəkəri bu günə qədər istehsal olunur.
Ağcaqayın toxumsuz bir növdür. Əksər növlərdə ağacın rəngi sarımtıl və ya çəhrayı, qırmızımtıl və ya qəhvəyi rəngdədir.
Hündürlüyü 30 m-ə, diametri 1 m-ə çatır. 150-200 ilə qədər yaşayır. Soyuğa davamlı ağcaqayının gənc budaqlarının qabığı qırmızımtıl-küllü, hamar olur, yaşlandıqca qaralır, tünd qəhvəyi və ya bəzən qara olur, çoxsaylı çatlarla örtülür.
21.12.2023