Xəbərlər

Bakı Avropa liseyində Məsud Əfəndiyevlə görüş baş tutub

Yanvarın 17-də Bakı Avropa liseyində Azərbaycan Respublikasının əməkdar elm xadimi, Humboldt mükafatı alan ilk azərbaycanlı, professor  Məsud Əfəndiyevlə görüş baş tutub. 


Görkəmli alim Bakı Avropa liseyinin şagirdlərini müasir elmdə mütərəqqi yanaşmalar ilə tanış edərək onun fənlərarası xarakter daşımasını xüsusi vurğulayıb.  Məsud Əfəndiyev öz nailiyyətləri haqqında qısa məlumat verib.O, elm və texnologiyaların inkişafı
ilə məşğul olmağı planlaşdıran gənclərə müasir elmlərin inteqrasiyası və konvergensiyasını nəzərə almağı tövsiyə edib.


Şagirdlərin suallarını cavablandıran Məsud Əfəndiyev görüşün sonunda Bakı Avropa liseyi ilə davamlı əməkdaşlıq niyyətində olduğunu bildirib, liseyin binası, fəaliyyəti və nailiyyətləri ilə tanış olub.