Xəbərlər

Bakı İstanbul Liseyinin şagirdləri “Alisa möcüzələr ölkəsində” əsərini səhnələşdirib

Fevralın 2-də Bakı İstanbul Liseyinin məktəbəqədər-1 qrupunun şagirdləri Luis Kerrolun “Alisa möcüzələr ölkəsində” əsərini müzakirə edib, səhnəciklərlə çıxış ediblər. Həm uşaqların, həm böyüklərin sevimlisi olan əsərdə Ağ Dovşan arxasınca qaçan Alisanın  bir-birindən maraqlı macəralarından bəhs olunur.


Dərsin və mövzunun mahiyyətindən bəhs edən sinif rəhbəri Aydan Süleymanova bu tipli dərslərin uşaqlarda yalnız dil biliklərini deyil, həmçinin yaradıcılıq qabiliyyətlərini də ortaya çıxardığını qeyd edib. O bildirib ki, təhsil prosesi zamanı tamaşalara müraciət balacalarda mövzunun daha rahat mənimsənilməsinə və uzunmüddətli yaddaşında qalmasına kömək edir.