İngiltərə uşaq romanı yazıçısı Enid Meri Blayton 11 avqust 1897-ci ildə Londonda anadan olmuşdur. Dünyanın bestsellerləri arasında uşaqlar haqqında yazdığı kitabları ilə şöhrət və nüfuz sahibi olan yazıçı 1907–1915-ci illərdə Blayton Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil almışdır. Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olduğundan "Headgirl" adını qazanmışdı. Riyaziyyatı yaxşı bilməsə də, yaxşı piano çala bilirdi.
Onun kitablarının 600 milyondan çox nüsxədə satıldığı, dünyanın yüzə yaxın dillərinə tərcümə olunduğu qeyd olunur.
Ədəbiyyata ilk şeirlər kitabı olan “Uşaq pıçıltıları” (“Child Whispers”, 1922) adlı 24 səhifəlik kitabı ilə gələn Enid Meri Blayton sonralar yaxşı uşaq nasiri kimi populyar olmuşdur. Blaytonun əsərlərinin əsas qəhrəmanları uşaqlar idi. Əsərləri 3 tipdə idi. Birinci tip kitablarında uşaqların qeyri-adi macəralarından bəhs edirdi. İkici tip kitablarda hadisələr məktəbdə baş verir və uşaqların başına gələn məzəli hadisələr qələmə alınırdı. Üçüncü tip kitabları isə fantastik idi və şeytanlar, pərilər kimi personajlar da yer alırdı."Məşhur beşlik", "Macera Seriyası", "Sirli yeddilik", "Yaramaz qızlar", "Əkizlər məktəbdə" və "Adada macəra" ən məşhur əsərlərindəndir.
Enid Meri Blayton 1967-ci ildə həyat yoldaşının ölümünün ardından xəstələnib, 28 noyabr 1968-ci ildə vəfat etmişdir. Hər il may ayının ikinci şənbə günü Enid Blinton günü kimi qeyd olunur. İngiltərədə "The Enid" rok qrupu adını ondan almışdır.
05.02.2024