Təbiət

Ağaclara qabıq nə üçün lazımdır

Bütün ağacların gövdələri və qanadları bütövlükdə möhkəm müdafiə qatı ilə-qabıqla örtülür. Ən möhkəm və qalın qabıqlar quru iqlimdə böyüyən ağaclarda olur, o, suyun buxarlanmasının qabağını alaraq, onu gövdənin içərisində saxlayır.

 

Bitkilər üçün qabıq heyvanlar və insan üçün dəri kimidir, o, orqanizmi su itirməkdən və müxtəlif zədələrdən qoruyur. Əgər ağacın qabığı soyulursa, o quruyur və məhv olur.