Aysel Mübarizqızı. İkinci evimiz
Tural məktəbin çox dəcəl şagirdlərindən idi. Dəcəlliyi ilə bərabər tənbəlliyi dəvar idi.
Günlərin bir günü Tural dərsə hazırlıqsız gəlmişdi. Müəllim dərsə hazır olmadığı üçün gündəliyini istədi. Tural çantasına baxdı. Gündəliyi yox idi. Elə bildi ki, evdə qalıb. Müəllimə səsləndi:
- Müəllim, gündəliyimi evdə unutmuşam.
Bu zaman müəllim kitab rəfindən gündəlik çıxartdı. Tural özünün də xəbəri olmadan gündəliyi məktəbdə qoymuşdu. Müəllim Turala dedi:
- Gündəliyin evdə qalıb?
Tural dedi:
- Müəllim, məktəb də bizim ikinci evimiz sayılır.