Xəbərlər

Bakı Avropa Liseyində Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib


Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir.

 

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan edib.


Bakı Avropa Liseyində 22 may- Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib. Sərgi liseyin 2-ci, 3-cü və 4-cü sinif şagirdləri tərəfindən hazırlanıb. Sərgidə təqdim olunan heyvanların bir neçəsinin artıq rəsmən nəsli kəsildiyi elan edilib. Çoxu isə yox olmaq ərəfəsindədir. Sərginin təşkilatçısı “Sərhədsiz Diplomatiya” (WWD) Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzidir.

 

Baxmayaraq ki, biomüxtəliflik qlobal sərvətdir və indiki və gələcək nəsillər üçün böyük dəyər daşıyır insan fəaliyyəti nəticəsində vəhşi flora və fauna növlərinin sayı sürətlə azalmaqda davam edir. Və indiki flora və faunanın məhv olma sürəti tarixdə heç vaxt olmadığı qədər yüksəkdir. Alimlərin fikrincə, hər il 10 minə yaxın fauna növü Yer üzündən yox olur.