Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunacaq

Azərbaycan Dövlət Uşaq Filarmoniyası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.

 

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert mayın 29-da Dövlət Uşaq Filarmoniyası Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunacaq.

 

Proqramda Dövlət Uşaq Filarmoniyasının bütün kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edəcək.