Şeirlər

Coşqun Xəliloğlu. Gopçu Səməd

Balaca Səməd
Yaman gopçudur.
Özünü öyür,
Guya ovçudur.

 

Deyir, “Alıram
Mən elə nişan,
Tərpənə bilmir
Yerindən dovşan.

 

O gün meşəyə
Getmişdim yenə,
Gördüm ki, pələng
Cumacaq mənə.

 

Tətiyi çəkdim,
Açıldı tüfəng,
Yerə sərildi
O anda pələng.”

 

Göründü Toplan
Elə bu zaman,
Səmədin rəngi
Ağardı yaman.

 

Dedi, işim var,
Tələsim gərək,
...Səməd qaçsa da,
Qalmışdı tüfəng.