Şeirlər

Coşqun Xəliloğlu. Bağçamız

Atam, anam, bir də mən
Kiçik bağça salmışıq,
Bu bağçanın dörd yanın
Biz hasara almışıq.

 

Bağçamızda əkmişik
Alma, heyva, şaftalı,
Gilas, ərik gül açıb,
Böyüyür nar, albalı.

 

İşləyirik axşamlar
Bağçada gülə-gülə,
Biz qulluq eyləyirik
Hər ağaca, hər gülə.

 

Payız gələr, bağçadan
Dadlı meyvə dərərik,
Qəhrəman əsgərlərə
Sovqat, pay göndərərik.