Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXVIII fəsil

Yuxudan durmaq vaxtı gəlib çatdı. Mən çardaqdan pilləkənlə enməyə başladım; qızların otağının yanından keçəndə gördüm ki, qapı açıqdır. Meri Ceyn də açıq sandığının qabağında əyləşib şeyləri onun içinə yığır. İngiltərəyə getməyə hazırlaşır. Ancaq bu vaxt o, sandığa şey qoymur, bükülmüş paltarını dizi üstə qoyub əllərilə üzünü örtərək ağlayırdı. Mən onu gördükdə çox mütəəssir oldum, elə mənim yerimə kim olsaydı, əhvalı pozulardı. Mən onun otağına girib dedim:
- Miss Meri Ceyn, siz adamları müsibətə düşmüş görəndə, buna dözə bilmirsiniz, mən də sizin kimi oluram. Deyin görüm, nə olub?


Meri Ceyn dərdini mənə söylədi. Mən düz fikirləşmişdim, o zəncilər üçün ağlayırdı.


Meri Ceyn dedi ki, indi İngiltərəyə getmək də onun gözündə deyildir: ananın bir də heç bir vaxt öz uşaqlarını görməyəcəyini bilə-bilə orada necə şad ola bilər! Meri Ceyn sonra əvvəlkindən də bərk ağlamağa başladı, əllərini bir-birinə vuraraq dedi:
- Aman Allah! Adam onların bir daha heç bir vaxt görüşməyəcəklərini bildikdə lap dəli olur.
- Heç bir-iki həftə də keçməz ki, onlar bir-birlərini görərlər, mən bunu çox yaxşı bilirəm! 


Bir mənə bax ha! Ağzımdan qaçırtdım. Mən bu vaxt düşünməyə macal tapmamış, özümə gəlməmişdim ki, qız atılıb boynumdan qucaqlayaraq dedi:
- Bunu bir də təkrar elə görək, tez ol!


Gördüm ki, qızışıb ağzımdan söz qaçırmış, həm də artıq söz danışmışam, bir çıxış yolu da tapa bilmirəm. Mən ondan xahiş etdim ki, fikirləşmək üçün mənə bir dəqiqəliyə möhlət versin; onun isə səbri yox idi, həyəcanlı halda oturmuşdu, nə qədər də qəşəng və fərəhli idi, elə bil ki, ağrıyan dişini bu saat çəkmişdilər. Mən ağlımı cəmləşdirib öz-özümə fikirləşdim: məncə, divara qısılmış bir adam durub bütün həqiqəti açib tökərsə, bərk risk etmiş olar; mən isə belə bir vəziyyətdə deyildim, yalandan söyləyə bilmərəm, amma buna bənzər bir şey idi. Gördüm ki, belə bir vəziyyətdə, həqiqəti söyləməyim yaxşıdır, həm də bu yalan danışmaqdan qorxulu deyildi. Bunu yadda saxlayıb boş vaxtda yaxşıca düşünmək lazım idi; bütün qaydaların əksinə hərəkət etmək nə isə çox çətindir. Mən ömrümdə belə bir çətin vəziyyətə düşməmişdim. Fikirləşdim ki, nə olar olar, bu dəfə həqiqəti açıb söyləyəcəyəm; ancaq bu bant dolu çəlləyin üstündə əyləşib maraq ucundan onu partlatmaq kimi bir şey idi, ama heç bilmirdim ki, çəlləkpartlayandan sonra hara düşəcəkdim. Nə ise, belə dedim:
- Miss Meri Ceyn, sizin şəhərdən kənarda elə bir tanışmız olarmı ki, gedib orada üç, ya dord gün qonaq qalasınız?
- Bəli, var, raister Lotropgilə gedə bilərəm. Axı nə üçün?
- Bunun əhəmiyyəti yoxdur. Yaxşi, bir deyin görüm, əgər mən sizing zəncilərin iki həftədən sonra burada, bu evin özündə anaları ilə görüşəcəklərini haradan bildiyimi sizə söyləsəm və bunu yaxşıca bildiyimi sübut etsəm, gedib mister Lotropgildə dörd gün qala bilərsinizmi?
- Dörd gün nədir ki! Lap bir il də qalaram!
- Yaxşı, mənə sizitı bircə sözünüz kifayətdir, daha heç nə lazım deyil. Başqa birisi lap Tövrata da and içsəydi, mən ona sizin bircə sözünüz qədər inanmazdım.
Meri Ceyn gülümsəyib qızardı, mən isə dedim:


İcazənizlə qapını örtüb açarla bağlayacağam. – Mən qapını bağlayıb qayıtdım, yenə oturub dedim:
- Ancaq gərək qışqırmayasınız. Sakitcə oturub bir kişi kimi mənə qulaq asın. Mən sizə həqiqəti söyləməli, siz isə, Meri Ceyn, özünüzü ələ almalısınız, çünki bu həqiqət xoşa gəlməyən, acı bir həqiqətdir və onu dinləmək çox çəlin olacaqdır, ancaq nə edə bilərsən
ki? Sizin bu əmiləriniz heç də əmiləriniz deyildilər, fırıldaqçıdırlar, əsl tüfeylidirlər.


Bax belə, bundan daha pis nə ola bilər! Qalanına isə asanlıqla qulaq asıb dözə bilərsiniz.


Mənim bu sözlərim, aydındır ki, Meri Ceyni bərk sarsıtmış oldu; ancaq man düz yola çıxıb atı dördnala çapırdım, belə ki, hər şeyi açıb ona söylədim, onun gözləri bərəlib maraq və təəccübdən par-par parıdayırdı; mən paroxoda minməyə hazırlaşan həmin axmaq gənclə rastlaşdığımızdan başlayaraq, onun öz evləri qarşısında kralın boynuna atıldığı və kralın azı iyirmi dəfə onu öpdüyünə qədər hər şeyi danışdım, o; burada özünü daha saxlaya bilməyib, qürub səması kimi alışıb yandı, yerindən sıçrayıb:
- Ah, əclaf! - deyə qışqırdı. - Niyə durmusan? Tez ol gedək, bir dəqiqə, bir saniyə belə dayanmaq olmaz, onları qatrana buladaq, quş tüklərinə batırtdırıb çaya atdıraq.


Mən dedim:
- Əlbəttə, əlbəttə. Ancaq siz bunu nə vaxt etmək istəyirsiniz: mister Lotropgilə gedənə kimi, yoxsa...
-Ah,-deyə o dilləndi, - mən gör bir nə fikrə düşmüşəm! -Sonra o əyləşdi. - Məni qınama... yaxşımı? – İpək kimi zərif əlini mənim əlimin üstünə qoydu, həm də elə mehribanlıqla ki, mən mum kimi yumşaldım. - Mən bu fikirdə deyildim, yaman həyəcanlanmışdım, -deyə bildirdi, - indi isə sözünə davam et, mən daha belə etməyəcəyəm. Mənə söylə görüm nə etmək lazımdır, sən necə desən, eləcə də edəcəyəm.


- Bax belə, - deyə mən sözümə davam etdim, - onlar əlbəttə ki, əsl fırıldaqçıdırlar, hər ikisi dələduzdur, ancaq nə edəsən ki, belədir, istəsəm də, istəməsəm də onlarla birlikdə getməli olacağam, nə üçün getməli olacağımı isə yaxşısı budur soruşmayasınız; əgər siz onlar barədə danışsanız, onda məni, əlbəttə ki, onları pəncəsindoən qopararlar, mənim üçün yaxşı olar! Ancaq, bir adam var, siz onu tanıyırsınız, o, böyük fəlakətə düşə bilər.


Mən isə onu bu fəlakətdən qurtarmalıyam, elə deyilmi? Əlbəttə ki, elədir! Buna görə də susub onlar barədə heç bir şey danışmamalıyıq.


Bu vaxt mənim ağlıma yaxşı bir fikir gəldi. Mən Cimlə Özümü bu fırıldaqçıların əlindən necə qurtula biləcəyimiz barədə bir şey fikirləşdim; onları burada həbsxanaya saldırarıq, özümüz isə qaçarıq. Ancaq mən gündüz vaxtı təkcə salda üzmək istəmədim.
Hamı məni görüb əl çəkməyəcəkdi, buna görə də axşam hava qaralana kimi gözləməyi qət etdim. Meri Ceynə belə dedim:
- Miss Meri Ceym, indi sizə deyərəm ki, nə etməliyik, əgər elə etsək, ola bilsin ki, siz mister Lotropgildə çox qalmalı olmazsınız. Mister Lotrop buradan çoxmu uzaqda olur?
- Heç dörd mil də olmaz, şəhərdən çıxan kimi oradasan, bax, bu tərəfdədir.
- Çox yaxşı, bu daba münasibdir. Siz indi oraya gedib axşam saat doqquza, bəlkə də onun yarısına kimi sakitcə oturun, sonra isə xahiş edin ki, sizi evə aparsınlar, guya nəyi isə yadınızdan çixartmışsınız. Əgər saat on birə kimi evə qayıtsanız, şamı bu pəncərəyə
qoyun, əgər mən bundan sonra qayıtmasam, deməli, sağ-salamat getmişəm və heç bir kəsə mane olmayacağam. Onda siz gedib bildiklərinizin hamısını danışın, qoy bu fırıldaqçıları tutub həbsxanaya salsınlar.


Meri Ceyn:
- Yaxşı, - deyə cavab verdi. - Mən beləcə də edərəm.
- Əgər mən çıxıb gedə bilməsəm, məni də onlarla birlikdə tutsalar, onda deyərsiniz ki, bütün bunları sizə söyləyən mən olmuşam və məni müdafiə edərsiniz.
- Əlbəttə, müdafiə edərəm. Sənə heç kəs cəsarət edib barmağı ilə də toxuna bilməz! – deyə Meri Ceyn dilləndi. Gördüm ki, onun burun pərələri qalxıb enir, gözləri isə yenə də alışıb yanır.
- Əgər mən burada olmasam, - deyə sözümə davam etdim, - bu fırıldaqçıların sizinlə qohum olmadıqlarını sübut edə bilməyəcəyəm; fərqi də yoxdur, burada olsam da yenə sübut edə bilməyəcəyəm. Mən yalnız and içə bilərəm ki, onlar fırıldaqçı və veyl adamlardır, vəssalam, bunun da çox az xeyri olar. Amma elə adamlar tapılar ki, onların sözünə heç kim şübhə etməz. Mən sizə deyərəm ki, elə adamları haradan tapasınız. Mənə karandaş və bir parça kağız verin. Budur: "Zürafə", Briksvill. Bu kağızı yaxşı bir yerdə gizlədin, itirməyin. Məhkəmə bu avaraların kim olduğunu öyrənmək istədikdə, qoy Briksvillə adam göndərib desinlər ki, "Zürafə" tamaşasını göstərən artistləri tutublar, onlardan şahid göndərilməsini xahiş etsinlər, -miss Meri, gözünüzü qırpmağa macal tapmamış bütün şəhər axışıb buraya gələcəkdir, həm də çox qəzəbli şahidlər gələcəkdir!


Mən artıq hər şey barədə əməlli-başlı danışdığımızı qət edərək sözümə davam etdim:
- Qoy müzaidə öz qaydası ilə getsin, bundan narahat olmayın. Alınan şeylərin pulunu heç kəs həmin gün ödəməyə məcbur deyildir, bu fırıldaqçılar isə pul almamış buradan getmək fikrində deyillər. Axın yenə belə olacaq; satış etibarsız hesab ediləcək, zəncilər də
tezliklə evə qayıdacaqlar. Onlar zəncilər üçün də heç bir şey ala bilməyəcəklər. Yaman əngələ düşüblər, miss Meri, bundan daha pis vəziyyət ola bilməz!
- Yaxşı, - deyə o cavab verdi, - mən indi gedib səhər yeməyi yeyər, oradan birbaş mister Lotropgilə gedərəm.
- Yox, Miss Meri Ceyn, belə yaramaz, - deyə cavab verdim, - bu işləri korlaya bilər, səhər yeməyi yeməmişdən qabaq getmək lazımdır.
- Nə üçün?
- Miss Meri, bəs sizcə mən nə üçün sizin çıxıb getmənizi istəyirəm?
- Mən bunu hələ də anlamamışam, nə qədər fikirləşsəm, başa düşən deyiləm. Axı nə üçün getməliyəm?


- Ona görə getməlisiniz ki, siz adi gönüqalın adamlardan deyilsiniz.
Sizin üzünüzdən hər şeyi kitabdakı kimi oxumaq olar. Hamı lap asanlıqla oxuya bilər.
Siz elə bilirsiniz ki, öz əmilərinizlə həmişəki kimi görüşə biləcəksiniz? Onlar sizə yanaşıb "sabahınız xeyir" deyəcək, size öpəcəklər, siz isə...
- Bəsdir, bəsdir! Daha lazım deyil! Mən səhər yeməyi yeməmiş-mən çıxıb gedərəm, həm də böyük həvəslə! Yaxşı, bəs mən bacılarını onların yanında necə qoyum?
- Bu barədə heç narahat olmayın. Onlar bir qədər də buna dözməli olacaqlar. Əgər siz hamınız birdən getsəniz, qorxuram ki, bu fırıldaqçılar işin nə yerdə olduğunu duyub anlayarlar. Siz onlarla da, bacılarınızla da, şəhərdəkilərlə də, heç bir kəslə görüşməyin; əgər qonşunuz soruşsa ki, əmiləriniz bu səhər özlərini necə hiss edirlər, sizin üzünüzdən o saat hər şey məlum olacaq. Miss Meri Ceyn, siz elə bu saat gedin, mən isə onlarla işi birtəhər yoluna qoyaram. Mən Suzannaya deyərəm ki, əmilərinizə sizdən salam söyləsin və desin ki, qısa müddətə getmişsiniz, bir qədər dincəlib əhvalınızı dəyişmək istəmisinİz, yaxud bir rəfiqənizlə görüşməyə getmişsiniz, elə bu axşarm ya da sabah səhər qayıdacaqsınız.


- Rəfiqəmlə görüşməyə getdiyimi demək olar, amma mən istəmirəm ki, onlara nıəndən salam söyləsinlər.
- İstəmirsinizsə, lazım deyil.
Axı nə üçün belə deməyəsən, bunda heç bir pis şey yoxdur. Belə boş şeylər etmək çətin deyildir, heç bir zəhməti yoxdur, amma elə boş şeylər adama həyatda hər şeydən çox kömək edir. Meri Ceyn sakit olar, mənim üçün də bunun heç bir çətinliyi yoxdur. Man
sonra dedim;
- Daha bir məsələ qaldı, içi pulla dolu kisə haqqında danışmadıq.
- Bəli, kisə onlardadır; indi kisənin onların əlinə necə keçdiyini yadıma salanda Özümü lap səfeh hesab edirəm.
- Yox, siz səhv edirsiniz. Kisə onlarda deyil.
- Necə? Bəs kimdədir?
- Bunu indi heç özüm də bilmirəm. Məndə idi, sizə vermək üçün onlardan oğurlamamışdım; kisəni harada gizlətdiyimi də bilirəm, ancaq qorxuram ki, indi orada olmaya. Miss Meri Ceyn, elə hayıfım gəlir ki, heç sizə deyə də bilmirəm. Mən çalışırdım ki, bunu lap yaxşı eləyim, inam ki, çalışırdım! Məni lap azca qalmışdı ki, tutsunlar, buna görə də kisəni gözümə dəyən ilk yerə soxdum, bu yer isə heç də yararlı deyildi.


- Özünü təqsirləndirmə, bu yaxşı deyil, sənə icazə vermirəm ki, belə deyəsən axı, sən başqa cürə edə bilməzdin, deməli, təqsirkar deyilsən. Yaxşı, bəs harda gizlətmisən?
Mən onun dərdini təzələmək istəmirdim, bunu deməyə dilim də gəlmirdi.


Fikirləşirdim ki, əgər açıb söyləsəm, qarnının üstünə kisə qoyulmuş, tabutda yatmış olan mərhumu təsəvvürünə gətirəcək. Buna görə də bir dəqiqəliyə susub durdum, sonra isə dedim:
- Miss Meri Ceyn, əgər icazə versəydiniz, kisəni haraya qoyduğumu sizə deməzdim.
Bunu kağıza yazıb sizə verərəm, əgər istəsəniz, mister Lotropgilə gedəndə, yolda oxuyarsınız. Hə, razısınızmı?
- Bəli, razıyam.
Kağız götürüb yazdım; "Mən onu tabutun içinə qoymuşam. Siz gecə yan tabutun yanında durub ağlayanda kisə orada idi. Mən onda qapının arxasında durmuşdum, miss Meri Ceyn sizə elə yazığım gəlirdi ki!" Miss Meri Ceynin gecə yan tabutun yanında təkcə dayanıb ağladığını yadıma saldıqda, az qala, özüm də ağlayacaqdım; bu iki əclaf isə buradaca, onun evində yatmış, həm də onu soyub-talamaq istəyirdilər! Mən kağızı büküb ona verdim, gördüm ki, gözləri yaşla dolub, Meri Ceyn əlimi möhkəm-möhkəm sıxıb dedi:
- Çox sağ ol! Mən hər şeyi sənin dediyin kimi edərəm; əgər biz bir daha görüşməsək, səni heç vaxt unutmayacağam, səni tez-tez xatırlayacaq, sənə dua edəcəyəm.
Meri Ceyn bu sözləri deyib getdi.
Mənə dua etmək! Məncə, əgər o məni əməlli-başlı tanısaydı, başqa bir yüngül şeydən, gücü çatacağı şeydən yapışardı. Nə isə, yəqin ki, mənim üçün dua oxuyub, lap qiyamət qız idi. O lap İuda  üçün da dua oxuyardı; istədiyi şeydən heç vəchlə dönən deyildi! Hər nə deyirsiniz deyin, məncə bu qızın iradəsi, hər hansı bir başqa qızın iradəsindən qat-qat möhkəm idi; mən elə bilirəm ki, o lap daş parçası idi. Mənim dediklərim bir az yaltaqlıq kimi çıxsa da, ancaq bunda bir damcı da yaltaqlıq yoxdur. Gözəlliyinə, eləcə də səxavətinə gəldikdə isə bu cəhətdən ona heç kəs çata bilməzdi! O qapıdan çıxıb getdikdən sonra mən onu bir daha görmədim, bircə dəfə də görmədim. Ancaq, onu lap çox, milyon dəfələrlə xatırlamışam. Onun mənə dua etmək vədini də xatırlamışam; əgər mən bilsəydim ki, mənim duamdan ona bir xeyir yetə bilər, bax, bu xaça and olsun ki, onun üçün dua etməyə başlardım!
                                                
Meri Ceyn, deyəsən, dal qapıdan çıxıb getmişdi, çünki onu heç kəs görməmişdi. Mən Süzanna ilə Dovşandodağı görən kimi onlardan soruşdum:

- Çayın o tayında yaşayan və sizin tez-tez qonaq getdiyiniz tanışınızın familiyası nədir?
- Bizim orada tanışlarımız çoxdur, hamıdan çox isə Proktorların evinə gedirik, - deyə qızlar cavab verdilər. Mən dedim:
- Hə, elə həmin familiyadır, mən isə az qala yadımdan çıxarmışdım. Miss Meri məndən xahiş etdi ki, onlara getdiyini sizə bildirim...özü yaman tələsirdi. orda kim isə xəstələnib.
-Kim, bilmirsən?
- Bilmirəm, yadımdan çıxıb, deyəsən...
- Vay, aman Allah, bəlkə Xannadır.
- Sizi qüssələndirmək isləmirdim, - deyə cavab verdim, - ancaq, elə onun özüdür ki, var.
- Aman Allah, keçən həftə sapsağlam idi! Bilmirsən, xəstəliyi qorxulu deyil ki?
- Elə qorxuludur ki, heç deməyə də gəlməz! Miss Meri Ceyn deyirdi ki, qohumları bütün gecəni onun yanında oturublar, qorxurlar ki, bəlkə heç bir gün də yaşamaya.

- Bir işə bax! Görəsən xəstəliyi nədir?
Mən birdən-birə münasib bir şey düşünüb tapa bilmədim, buna görə də dedim:
- Xənazirdir!
- Xənazir xəstəliyinə tutulan sənin nəyindir. Əgər xənazir olsaydı, bütün gecəni başı üstündə oturmazdılar!
 Oturmazdılar? Siz danışdınız da! Bilirsinizmi, belə xənazirdə mütləq otururlar.
Gecəni səhərə kimi otururlar. Bu adi xənazir deyil. Miss Meri Ceyn deyirdi ki, nə isə təzə xənazirdir. – Necə yəni təzə? - Təzədir də, bu xənazirdən hər cür başqa xəstəliklər baş verir. - Hamısı xəstəliklər? - Qızılca da, göy öskürək də, qızıl yel də, vərəm də, sarılıq da, beyin iltihabı da... məgər azını xəstəlik var?
- Aman Allah! Özü də xənazir adlanır?
- Mən bilmirəm, miss Meri Ceyn belə deyirdi.


- Axı nə üçün bütün bunlara xənazir deyirlər?
- Ona görə ki, xənazirdir də. Xənazirdən başlayıb.
- Heç bir şey anlaya bilmirəm, mənasız sözlərdir! Tutalım ki, bir adam barmağını əzir, sonra isə zəhərlənir, sonra da quyuya yıxılıb ölür, bir adam da gəlib soruşanda ki, nədən ölübdür, səfehin birisi cavab verir ki, "barmağını əzib, ölüb!" Bu doğrudurmu? Yox, sənin dediklərin də buna oxşayır, başdan-ayağa cəfəngiyatdır. Yaxşı, bir de görüm, bu xənazir yoluxucudurmu?


- Yoluxucudur? Mala kimi şeydir, qaranlıqda gedəndə mütləq ilişəcəksən, bir dişinə ilişməsən də o birisinə ilişəcəksən, düzdürmü? Ondan heç cür canını qurtara bilməyəcəksən, malını çəkib özünlə aparacaqsan düzdürmü? Bax, indi bu xənazir də, demək olar ki, bülün mallardan pisdir, ilişdimi, daha ayrılan deyil.
- Lap dəhşətdir! - deyə Dovşandodaq dilləndi. - Mən indi Harvi əminin yanına gedib...
- Bəs necə, - deyə onun sözünə qüvvət verdim, - getməmək olarmı?


Mən sənin yerinə olsaydım, çoxdan getmişdim. Bir dəqiqə də durub gözləməzdim.
- Bəs nə üçün özün gedib demirsən?
- Özün bir fikirləş. Axı sənin əmilərin mümkün qədər tezliklə İngiltərəyə getməlidirlər. Bəs sən elə bilirsən ki, onlar əclaflıq edib sizsiz yola düşəcəklər? Siz də bütün yolu təkcə gedəcəksiniz? Sən yaxşı bilirsən ki, onlar durub sizi gozləyəcəklər. İndi gerisinə qulaq as. Sənin əmin Harvi ruhanidir, eləmi? Çox gözəl ruhani bir şəxs, elə bilirsən ki, durub paroxod müvəkkilini aldadacaq? Miss Meri Ceyni paroxoda buraxdırmaq üçün məgər o, durub gəmi müvəkkilinə yalan deyəcək?
Yox, özün bilirsən ki, belə etməyəcək. Bəs onda nə edəcək? Deyəcək ki:
"Qoy kilsə işləri mənsiz keçib getsin, qardaşım qızı çox ağır və başqa mərəzlərlə qarışıq xənazir xəstəliyinə tutulmuş adamın yanında olmuşdur, indi mənim müqəddəs borcum üç ay burada qalıb, onun xəstələnib-xəstələnməyəcəyini bilməkdan ibarətdir".


Amma, sən heç nəyə fikir vermə, əgər səncə bunu Harvi əmiyə demək lazımsa...
- Elə bir bu qalmışdı! Hamımız birlikdə İngiltərədə kef çəkə biləcəyimiz halda, axmaq adamlar kimi durub burada gözləyəcəyik ki, görək Meri Ceyn xəstələnəcək, ya yox? Əcəb axmaq sözlər danışırsan!
- Hər halda, bəlkə, qonşulardan birisinə deyəsiniz?


- Söz danışdı da! Mən heç belə axmaq adam görməmişəm! Mə gərsən başa düşmürsən ki, onlar gedib o saat hər şeyi camaata yayarlar?
Yalnız bircə yol var: heç kimə heç bir şey deməmək.
- Bəlkə də sən haqlısan... Bəli, elə belə lazımdır.
- Ancaq nəticə, yenə Harvi əmiyə demək lazımdır ki, Meri qısa müddətə gedib, yoxsa o, narahat olar.
- Bəli, miss Meri Ceyn istəyirdi ki, siz ona deyəsiniz. O mənə belə dedi: "Onlara de ki, Harvi ilə Vilyam əmiyə salam verib onları mənim yerimə öpsünlər və desinlər ki, mən çayın o tayına, mister... mister..."


Sizin Piter əminin çox hörmət etdiyi həmin varlı adamların familiyası nədir? Mən bilirsinizmi hansını demək isləyirəm?


- Sən yəqin ki, Aptorplan deyirsən?
-Bəli, bəli düzdür... Yadda çətin qalan bu familiyalar andıraqalsın! Hə, miss Meri Ceyn xahiş etdi onlara deyəsiniz ki, o, Aptorpların yanına gedib ki, onlar mütləq müzaidəyə gəlsinlər və sizin evi özlərinə alsınlar; Piter əmi evin başqa birisinə deyil, onlara çatmasını istəyirmiş, miss Meri Ceyn dedi ki, onları razı salmayınca əl çəkib qayıdan deyildir, bundan sonra isə, əgər yorğun olmasa, evə qayıdacaqdır; əgər yorulmuş olsa, onda sabah səhər gələcəkdir. O xahiş etdi ki, Proktorlar barədə bir şey deməyəsiniz, yalnız Aptorplar barədə deyəsiniz, düzünü deyirəm, çünki o, ev barədə onlara da baş çəkəcəkdir; mənə özü belə söylədi.
- Çox gözəl! - deyib, qızlar əmilərini tezcə tapıb salamı, öpüşü və hər cür tapşırığı onlara yetirmək üçün qaçdılar.


İndi hər şey öz qaydasında idi. Qızlar heç bir başqa söz deməyəcəkdilər, çünki tezliklə İngiltərəyə getmək istəyirdilər; kral ilə hersoq isə Meri Ceynin burada, doktor Robinsonun gözü qabağında qalmayıb, müzaidə işlərilə məşğul olmaqdan ötrü getdiyini bildikdə çox məmnun olacaqdılar. Mən özüm də çox məmnun idim. "Gör işi necə ustalıqla qurmuşam, - deyə fikirləşirdim. - Heç Tom Soyyerin özü də belə edə bilməzdi. Əlbəttə, o, fors üçün bəzi şeylər də əlavə edərdi, mən isə bu sahədə pərgar deyiləm, elə tərbiyə almamışam".


Axşam şəhər meydanında müzaidə başlandı və çox uzun çəkdi, bizim qoca hey müzaidəçinin yanında hərlənir, aravermədən nə isə bir mömin söz söyləyir, yaxud da dini kitablardan bir şey ortalığa atırdı, hersoq da onun dediyinə şərik çıxaraq bacardığı qədər qığıldayır və ümumiyyətlə, hamının rəğbətini qazanmağa çalışırdı.


Vaxt gəlib keçir, müzaidə isə uzanır, hey uzanırdı, nəhayət, her bir şey - qəbiristanlıqdakı kiçik torpaq sahəsindən başqa hər bir şey satıldı. Onlar qəbiristanlıqdakı kiçik torpaq sahəsini satmağa çalışırdılar, kral hər bir şeyi birdən, sanki "zürafə" kimi udmaq istəyirdi. Onlar bu işlə məşğul ikən paroxod gəlib sahilə yan aldı, ikicə dəqiqə sonra isə, gördüm ki, körpü tərəfdən camaat bağıra-bağıra, qəhqəhə çəkib gülərək və söyüş yağdıraraq axışıb gəlir, qışqırır:
- Bu da sizə rəqiblər! Bu da sizə daha Piter Uilksin bir cüt varisi!


Hansı xoşunuza gəlirsə, pulunuzu verin, seçin!