Xəbərlər

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çoxnövçülük üzrə balacalar kateqoriyasında 2016-cı il təvəllüdlü gimnastlardan Suel Kazımova qızıl, Gülər Xanseyidova gümüş, Aylin Gözəlova bürünc medala layiq görülüblər. 2015-ci il təvəllüdlü gimnastlardan Mira Özel birinci, Nilay Pünhanlı ikinci, Leyla Kərimli üçüncü olublar. 2014-cü il təvəllüdlü idmançılardan isə Mişel Aniskina qızıl, Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva bürünc medal əldə ediblər.

 

Xatırladaq ki, ölkə birinciliyində Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi və “Grasiya” İdman Klubundan, ümumilikdə, 130 idmançı istedad və hazırlığını nümayiş etdirir.

 

Yarışa bu gün yekun vurulacaq.