Mark Tven. Heklberri Finnin macəraları. XXX fəsil
Onlar gedib salın üstünə çıxan kimi, kral mənə tərəf atıldı, yaxamdan yapışıb dedi:
- Küçüyün biri, bizdən qaçmaqını istəyirdin? Bizim kompaniyamız deyəsən sənin zəhləni töküb, bə?
- Yox, əlahəzrət, - deyə cavab verdim, - biz istəmirdik... Əlahəzrət, buraxın!
- Onda tez ol de görək başına nə fikir gəlib, yoxsa canım alaram.
- Əlahəzrət, vallah sizə hamısım olduğu kimi nağıl edəcəyəm. Əlimi tutan adam mənə qarşı çox mehriban idi, elə hey deyirdi ki, mənim kimi bir oğlu keçən il ölüb, buna görə də belə cəncəl işə düşdüyümü görmək ona çox ağır gəlir; camaat qızılı görüb başlarını itirərək tabutun üstünə atıldıqda, o mənim əlimi buraxıb qulağıma pıçıldadı: 'Tez ol qaç, yoxsa səni tutub dar ağacından asarlar". Mən də qaçdım. Gördüm ki, qalmağın mənası yoxdur, onsuz da heç bir şey edə bilməyəcəyəm, qaçmaq mümkün ikən nə üçün durab gözləyim ki, məni dar ağacından assınlar! Buna görə də dayanmayıb qayığa rast gəlincəyədək qaçdım; gəlib sala çıxan kimi Cimə dedim ki, tez avarları işə sal, yoxsa gəlib məni tutar və asarlar; ona bunu da dedim ki, sizinlə hersoq, yəqin ki, daha sağ deyildi, mənim də, Cimin də sizə çox yazığımız gəldi. İndi sizi təzədən gördükdə o qədər sevindim ki, əgər mənə inanmırsınızsa, Cimdən soruşun.
Cim hər şeyin belə olduğunu təsdiq elədi. Kral isə onu susdurub dedi:
-Bəli, bəli, nə qədər bacarırsan gopla. - Sonra yenə də məni silkələyib çayda batıracağını söylədi. Bu vaxt hersoq ona dedi:
- Qoca axmaq, uşağı buraxın! Bəs siz özünüz necə, başqa cürə etmişsinizmi? Yaxa qurtarıb qaçdıqda ondan xəbər tutmaq istədinizmi?
Mənim nə isə yadıma gəlmir.
Bu sözdən sonra kral məni buraxıb şəhəri və onun bütün sakinlərini söyməyə başladı. Lakin hersoq onu susdurub dedi:
- Özünüzü söysəniz daha yaxşı olar, axı hamıdan çox siz söyülməlisiniz. Siz lap əvvəlindən bir dənə ağıllı iş görmədiniz, ağıllı işiniz bircə o oldu ki, özünüzü itirməyib göy oxunuz haqqında, olduqca yerində danışdınız. Bunu çox gözəl və ustalıqla etdiniz. Bizi xilas edən də elə bu oldu. Əgər elə deməsəydiniz, ingilislərin yükləri gəlincəyədək bizi həbsxanaya salacaq, sonra isə islahedici həbsxanaya göndərəcəkdilər, bu lap yəqin idi. Sizin oxunuzdan ötrü onlar qəbiristanlıqda əlləşdilər, sonra isə qızıl bizim dadımıza çatdı, əgər bu ağzın dəlilər başlarını itirib qızılabaxmaq üçün hamısı birdən tabuta san atılmasaydı, bu gün sizinlə birlikdə qalstukla yatmalı olacaqdıq, bu qalstuklar isə çox möhkəm, sizinlə mənə lazım olandan xeyli davaralı, əzəmətli olur.
Onlar bir dəqiqəyə qədər susub fikrə getdilər. Sonra kral xeyli çaş-baş halda dedi:
- Hm! Axı biz elə düşünürdük ki, qızılları zəncilər oğurlamışlar. Mən qorxudan büzüşdüm. - Bəli, - deyə hersoq aramla, istehza ilə dilləndi, - biz elə düşünürdük! Daha yarımca dəqiqə sonra kral da eləcə uzada-uzada dedi:
- Hər halda çən elə düşünürdüm. Hersoq da ona eynilə beləcə cavab verdi:
- Əksinə, onu mən düşünürdüm. Kral hirslənib dedi:
- Bura baxı, siz bununla nə demək istəyirsiniz?
Hersoq bu dəfə ona daha aydın cavab verdi: - İndi ki, belədir, onda icazə verin, mən də sizdən soruşum: siz nə demək istəyirsiniz?
- Lap həddini aşdın, ha! - deyə kral onu zəhərlədi.
- Bəlkə də, axı mən heç nə bilmirəm, ola bilsin ki, siz bunu yuxuda görmüş və özünüz də nə etdiyinizi bilməmisiniz. Hersoq birdən-birə qəzəblənib dedi:
- Çərənçiliyi boşlayın getsin! Məni axmaq hesab edirsiniz, nədir? Siz elə bilirsiniz ki, pulu tabutda kimin gizlətdiyini mən bilirəm?
- Bəli, ağa! Mən bilirəm ki, siz bunu bilirsiniz, çünki onu özünüz gizlətmişsiniz!
- Bu yalandır! – deyə hersoq qışqırıb kralın üstünə atıldı. Kral:
- Əllərini çək, - deyə qışqırdı. - Boğazımı burax, sözümü geri götürürəm! Hersoq dedi:
- Yaxşı, ancaq əvvəlcə boynunuza alın ki, pulu siz gizlətmişsiniz, sonra məndən ayrılıb geri qayıtmaq, qazıyıb pulu çıxarmaq, hamısını özünüz üçün götürmək fikrində imişsiniz.
- Hersoq, bir dəqiqə səbir edin! Mənim bir sualıma vicdan və namusla cavab verin, əgər pulu siz gizlətməmişsinizsə, beləcə də deyin ki, mən gizlətməmişəm. Onda mən sizə inanar və bütün sözlərimi geri götürərəm.
- Ay səni, əclaf qoca! Mən heç bir şey gizlətməmişəm, axı sən ki bilirsən, bunu mən etməmişəm! Əcəb işdir!
- Yaxşı, siz deyən olsun, mən inanıram. Mənim bir sualıma da cavab verin, ancaq özünüzdən çıxmayın, sizin pulu götürüb gizlətmək fikri heç ağımıza gəlibmi?
Hersoq əvvəlcə xeyli müddət cavab vermədi, sonra isə dedi:
- Yaxşı, nə olsun ki, tutalım lap ağlıma gəlib, axı mən ki bunu etməmişəm. Sizin isə nəinki ağlınıza gəlib, siz götürüb gizlətmişsiniz də!
-Hersoq, əgər yalan deyirəmsə, bax, bu yerimdən qalxmayım, pulu mən götürməmişəm, inan ki, düzünü deyirəm! Demirəm ki, götürmək fikrim yox idi; indi olan olub, keçən keçib, ancaq siz... daha doğrusu, demək istəyirəm ki, başqaları... məni qabaqlayıblar.
- Bu yalandır! Pulu siz oğurlamısınız və oğurladığınızı boynunuza almalısınız, yoxsa...
Kralın nəfəsi təngləşməyə başladı, gücünü toplayaraq xırıltılı səslə dedi:
- Bəsdir... boynuma alıram!
Mən bunu eşitdikdə xeyli sevindim; o saat üzümü xeyli yüngül hiss etdim.
Hersoq isə onu əlindən buraxıb dedi:
- Əgər bir də özünüzü tülkülüya vursanız, sizi çayda batıracağam.
Belə bir hərəkətdən sonra sizin üçün ən müsibət şey körpə uşaq kimi oturub ağlamaqdır. Dəvəquşu kimi hər şeyi udmaq istəyirsiniz! Mən beləsini heç vaxt görməmişdim, hələ bir buna doğma atam kimi də inandım. Heç utanırsınızmı? Bütün bu işi yazıq zəncilərin üzərinə necə yıxdıqlarına durub qulaq asırdı, heç olmazsa bir kəslə danışaydınız, onları müdafiə edəydiniz! Mənim indi öz-özümə gülməyim gəlir, gərək dəli olasan ki, belə axmaq bir şeyə inanasan! Mən indi başa düşürəm ki, pulun əskiyini düzəltmək nə üçün sizə belə təcili lazım olmuşdu! Siz mənim "Zürafə"dən, ele də başqa şeylərdən qazandığım pulu da mənimsəmək istəyirmişsiniz, özü də hamısını birdən.
Kral hələ də xırıldayaraq, zəif bir səslə dedi:
- Hersoq, siz nə danışırsınız! Bunu heç də mən deməmişdim. Siz özünüz demişdiniz ki, pulun əskiyliyi düzəltmək lazımdır.
- Susun! Mən daha heç bir şey eşitmək istəmirəm! - deyə hersoq çığırdı. - İndi bununla nəyə nail olduğunuzu görürsünüzmü? Onlar özlərinin bütün pullarını, hələ üstəlik bizim də bütün pulumuzu geri aldılar; cəmisi bir-iki dollanmız qalıb. Gediniz, yatınız, mən bu barədə daha heç bir şey eşitmək istəmirom, yoxsa, sizə elə ziyan vuraranı ki, heç vaxt yadınızdan çıxmaz!
Kral çadıra girib təsəlli üçün araq şüşəsini əlinə aldı; hersoq da içməyə başladı; heç yarımca saat belə keçməmiş onlar yenə ayrılmaz dostlar oldular, içdikcə də bir-birlərilə daha səmimi rəftar etməyə başladılar, axırda isə mehriban-mehriban qucaqlaşaraq xorultu ilə yuxuya getdilər. Onların hər ikisi lülqənbər idi, buna baxmayaraq, mən diqqət verib gördüm ki, kral bircə dəfə belə çaşıb demədi ki, pulları o oğurlamamışdır. Mənim üçün belə yaxşı idi, ürəyim sakit və şad idi. Onlar yatıb xoruldamağa başladıqda Cimlə mən şirin-şirin söhbət etdik, mən hər şeyi ona söylədim.