Tapmacalar

Cəvahir Tanrıverdi. Tapmacalar

1.Bir qara qazanım var,
   Qapağı ağ ləkəli.

 

1.Bir qara qazanım var,
   Qapağı ağ ləkəli.
( Ay)

 

2. Ayağı torpaq altda,
    Qollar qalxıb havaya.
    Yazda yaşıl don geyib 
    Həyat verir obaya.
 (Ağac)

 

3. Mavi donun üstündə 
    Yeddi rəngdə kəmərlər. 
    Don islandıqdan sonra 
    Yeddisi də görünər.
(Göy qurşağı)

 

4. Bir çubuğum var -
    Suyu içində.
    Fikir yaradır 
    Vərəq üstündə.
(Qələm)