Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXII fəsil

Mən gəlib malikanəyə çatdığım vaxt ətraf bazar günləri olduğu kimi sakit idi; isti, günəşli bir gün idi; hamı tarlaya, işləməyə getmişdi; havada böcək və milçəklərin güclə eşidiləcək vızıltılarından adamı elə kədər bürüyürdü ki, elə bil ətrafda hər şey ölmüşdü, bir balaca meh əsib ağacların yarpaqlarını xışıldadanda adamın ürəyi düşür və ela gəlirdi ki, kabuslar, çox-çox bundan əvvəllər ölmüş adamların ruhları bir-birilə pıçıldaşır, guya onlar sənin haqqında danışırlar. Bütün bunları görəndə və eşidəndə adam özü də ölmək istəyir, fikirləşirsən ki, heç olmazsa, bütün bunlar tezcə qurtarıb gedəydi! 

 

Felpsin pambıq plantasiyası çox kiçik idi. Bu, ətrafına payalar basdırılmış iki akrlıq bir həyət idi; barının üstündən həyətə keçmək və qadınların ata asanlıqla minə bilmələri üçün barının yanına tir parçaları pilləkən kimi yığılmışdı, bir-birindən kiçik olan bu tir parçaları, boyu müxtəlif olan çəlləklərə oxşayırdı; həyətin bəzi yerlərində cılız ot bitmişdi, qalanları isə xovu sürtülüb getmiş köhnə şlyapaya oxşayan tala yer idi; həyətdə ağ adamlar üçün yonulmuş tirlərdən iki gözdən ibarət böyük bir ev var idi; tirlərin arasındakı yarıqlara gil, ya da sement çəkilmiş, sonra isə tirlər əhənglə ağardılmışdı, ancaq hiss olunurdu ki, çoxdan ağardılmışdı, yonulmamış tirlərdən tikilmiş mətbəx ayrıca tirlər üstündə qurumuş uzun, enli taxta keçid və tavan vasitəsilə evlə birləşdirilmişdi, mətbəxin daim da tirlərdən tikilmiş bir hisxana var idi, hisxananın o biri tərəfində sıra ilə düzülmüş alçaq damlı üç zənci koması yerləşirdi, həyətin başqa bir tərəfində, barının lap yanında xudmani bir palçıq daxma, o biri -tərəfində isə təsərrüfat üçün lazım olan irili-xırdalı tikililər var idi. Palçıq daxmanın yanında bir yığın kül, sabun bişirmək üçün böyük bir qazan, mətbəx qapısının yanında isə üstündə içi su ilə dolu bir vedrə və kududan düzəldilmiş su qabı olan bir skamya var idi. Oradaca, günün altında bir it uzanıb yatmışdı; o biri tərəfdə də itlər var idi, həyətin bir küncündə qollu-budaqlı üç ağac, barının yanında qarağat və firəng üzümü kolları bitmişdi; barının bayır tərəfindən həyətyanı sahə və qarpız bostanı salınmışdı, daha sonra pambıq plantasiyası, plantasiyadan sonra isə meşə başlanırdı. 

 

Mən hərlənib o biri tərəfdən, kül yığınının yanından tir parçalarının üstü ilə həyətə girdim. Bir neçə addım atdıqdan sonra cəhrənin yanıqlı səsini eşitdim; onun səsi gah bərkdən çıxır, gah da tamam kəsilirdi; burada, lap doğrudan-doğruya ölmək istədim. çünki bu, dünyada ən kədərli səslərdən biri idi. 

 

Mən heç bir şey fikirləşməyib, "Allaha təvəkkül" - deyib getdim, lazım gəldikdə Allahın köməyilə nə isə bir söz deyə bilərəm; mən neçə dəfə görmüşdüm ki, əgər özüm ona mane oluramsa, lazım olan şeyi deməkdə Allah mənə kömək edib. Həyətin ortasına təzəcə çatmışdım ki, gördüm əvvəlcə bir it, sonra o birisi durub mənə tərəf gəlir, mən söz yox ki, dayandım, yerimdən tarpənməyərək gözümü onlara zillədim. İtlər bir hay-küy saldılar ki, gəl görəsən! 

 

Heç dəqiqənin dörddə biriycən vaxt keçmədi ki, mən, əgər belə demək mümkünsə, təkərin bir növ topuna çevrildim, itlər isə məni təkərin milləri kimi əhatə etdilər, on beşə qədər it başını uzadıb məni dar bir halqa kimi ortaya almışdı, onların səsini eşidən başqa itlər də qaçıb gəlirdi; bir də gördüm ki, barının üstündən atılır, künc-bucaqdan çıxır, xülasə, hər yandan axışıb gəlirlər. 

 

Mətbəxdən, əlində oxlov tutmuş bir zənci qadın çıxaraq qışqırmağa başladı: "Pələng, rədd ol! Xallı, get! Ser, burdan çıx get!". O, əvvəlcə bir iti, sonra o birisini oxlovla vurdu; itlərin hər ikisi zingildəyə-zingildəyə qaçdı, qalanları da onların ardınca götörüldü, lakin bir saniyə belə keçmədi ki, itlərin yarısı yenə burada cəm oldu, onlar başıma toplaşıb quyruqlarını bulayır, mənimlə oynaşırdılar. İt heç vaxt kin saxlamır və incimir. 

 

Zənci qadının ardınca mətbəxdən üç zənci uşağı sıçrayıb çıxdı, onların biri qız, ikisi oğlan idi, əyinlərində ancaq kətan köynək var idi; onlar analarının ətəklərindən yapışıb, uşaqların adət etdiyi kimi, onun arxasından utancaq nəzərlə mənə baxırdılar. Bu vaxt gördüm ki, qırx beş, əlli yaşlarında, başıaçıq, bir ağ qadın böyük evdən çıxıb mənə tərəf gəlir; onun ardınca ağ uşaqları qaçırdılar, onlar da özlərini eynilə zənci uşaqları kimi aparırdılar. Ağ qadın fərəh və sevinc içərisində özünü yetirib mənə müraciəüə dedi: 

- Bu sənsənmi? Axırı ki, deyəsən gəlib çıxmısan! Bircə anlığa düşünməyə macal tapmamış ağzımdan bu sözlər çıxdı: 


- Bəli, mem! 

Qadın çiyinlərimdən tutub məni bərk-bərk qucaqladı, sonra hər iki əlimdən tutub möhkəmcə sıxdı, bu vaxt onun göz yaşları axıb yanaqlarından süzülürdü; o məni buraxmır, əllərimi sıxır, hey danışır, təkrar-təkrar deyirdi: 
- Sən demə, heç də anana mən düşündüyüm qədər oxşamırmışsan. 
Aman Allah, mən nə deyirəm! Bunun nə mənası var! Səni görməyimə nə qədər şadam! Az qala sevincimdən səni yemək istəyirəm! Balalarım, bu sizin xalanız oğlu Tomdur! Gəlin onunla salamlaşın! 

 

Uşaqlar başlarını aşağı saldılar, barmaqlarını ağızlarına soxub analarının arxasında gizləndilər. Anaları isə susmaq bilmirdi: 
- Liza, boş-boş qurdalanma, ona isti yemək ver!.. Bəlkə sən paroxodda nahar eləmisən? 


Mən dedim ki, nahar eləmişəm. Qadın əlimdən tutub arxasıycan çəkə-çəkə evə qaçdı, uşaqlar da bizim ardımızca qaçıb evə gəldilər. Qadın evdə məni, oturacağı batıq olan stula əyləşdirdi, özü isə qabağımda, alçaq skamyanın üstündə əyləşdi, hər iki əlimdən tutub dedi: 
- Hə, indi mən sənə yaxşı-yaxşı baxa bilərəm! Ay Allah, mən neçə ildir ki, bunu arzulayırdım, indi budur, axır ki, sən buradasan! Biz səni iki gündən də çoxdur ki, gözləyirik. Nə üçün bu qədər yubanmısan? Paroxod saya oturmuşdu, nədir? 
- Bəli, mem, paroxod... 
- "Bəli, mem" deme, mənə Salli xala de... Paroxod harda saya oturmuşdu? 


Mən nə cavab vcrəcəyimi bilmirdim; axı paroxodun haradan: yuxarıdan, yaxud aşağıdan gəldiyi məlum deyildi. Lakin mən həmişə hissiyyatımla iş görürdüm; burada isə hissiyyatım mənə söylədi ki, paroxod yuxarı tərəfdən gəlməli, Orleana getməlidir. Bu mənə o qədər də kömək etmədi; axı mən orada, çayın aşağılarında say yerlərin adını bilmirdim. Gördüm ki, ya yeni bir say yer icad etməliyəm, ya bizim paroxodun oturduğu say yerin adını yaddan çıxarmalıyam, ya da... Birdən ağlıma bir şey gəldi, mən dedim: 
- Saya oturduğumuza görə yubanmamışıq, say yerdə biz lap az qaldıq. Bizim paroxodun silindrinin başı partlamışdı. 
- Allah göstərməsin! Yaralanan oldumu? 
- Yox, olmadı. Yalnız bir zəncini öldürdü. 
- Bəxtiniz gətirib; yoxsa elə olur ki, adam da yaralayır. Keçən il, Milad bayramında dayın Saylas Yeni Orleandan gələrkən "Lalli Ruk"a minmişdi, bu paroxod köhnə idi, onun da silindrinin başı partlamış, bir adamı yaralayıb eybəcər hala salmışdı. Deyəsən o sonra ölmüşdü. Bir baptist imiş. Dayın Saylas, Baton-Rujda bir ailə tanıyır, həmin ailənin üzvləri o qocanın qohumları ilə tanışmışlar. Hə, indi yadıma düşdü, doğrudan da, sonra öldü. Əvvəlcə ayağı keyiyir, kəsirlər. Ancaq bu kömək eləmir. Bu elə ölmək əlaməti imiş. O, axirət dünyasında sağalacağına və yenə yaşayacağına ümid edərək tamanı göyərib ölür. Deyirlər ki, adam ona baxmağa belə qorxurmuş... Dayın səni qarşılamaq üçün hər gün şəhərə gedirdi. Bu gün də heç bir saat olmaz ki, gedib; bu dəqiqə qayıdar. Sən gərək yolda ona rast gələydin... Rast gəlməmisənki! 


Qoca kişidir, özü də... 
-Yox, Sallixala, mən heç kimi görməmişəm. Paroxod tez gəlmişdi, lap sübh vaxtı, mən şeylərimi körpüdə qoyub şəhərə baxmağa getdim; sonra vaxtı birtəhər keçirmək və sizə lap tezdən gəlməmək üçün bir qədər gəzindim, belə ki, yolla gəlməmişəm. 
- Bəs şeylərini kimə tapşırmısan? 
- Heç kimə. 
- Oğlum, heç belə şey eləyərlər, axı onları oğurlayarlar! 
- Yox, yaxşı yerdə gizlətmişəm, ordan ona heç kim tapa bilməz, -deyə cavab verdim. 
- Yaxşı, səhər yeməyini belə tezdən paroxoddamı yemisən? Bu çox incə bir sual idi, fikirləşdim ki, necə edim əngələ düşməyim, dedim: 
- Kapitan məni göyərtədə görüb dedi ki, sahilə düşməmişdən bir şey yeməliyəm; sonra məni öz otağına aparıb stol arxasında oturtdu, doyunca yedirtdi. Özümü elə itirmişdim ki, ona hətta əməlli-başlı qulaq da asa bilmirdim. Fikrimdə elə uşaqları tutmuşdum, düşünürdüm ki, birtəhərlə onları bir kənara çəkib özünün kim olduğunu tezcə öyrənim. Lakin heç bir imkan yox idi, missis Felps susmaq bilmədən hey danışırdı. Birdən tüklərim biz-biz oldu, çünki o dedi: 
- Mənə də bilmirəm nə olub ki, bu qədər çərənçilik eləyirəm, sən mənə nə bacım, nə də başqaları haqqında heç bir şey deməmisən. İndi mən susum, sən danış. Onların hamısı haqqında danış, de görüm necə yaşayırlar, nə eləyirlər, mənə nə sifariş göndəriblər... Yadına nə düşsə hamısını danış. 


Gördüm ki, daha işim bitib; lap pis vəziyyətə düşmüşəm, boynuma almalıyam ki, bu vaxtacan Allah birtəhər mənə kömək edirdi, indi isə birdən-birə yaman əngələ düşdüm. Gördüm ki, yaxa qurtarmaq üçün heç çalışmağa da dəyməz, heç bir çarə yoxdur. Fikirləşdim ki, burada yenə risk etmək, bütün həqiqəti açıb söyləmək lazımdır. Ağzımı açıb hamısını deyəcəkdim ki, qadın birdən məni tutub çarpayının arxasında gizlədib dedi: 


- Budur, gəlir! Başını bir az da aşağı əy... Bax, belə, indi yaxşıdır. Otur, heç cınqırını da çıxartma ki, burdasan. Mən onu aldadacağam. Uşaqlar, siz də danışmayın. Gördüm ki, dolaşığa düşmüşəm. Ancaq, narahat olmağa dəyməzdi. Çarə yox idi, yalnız sakitcə oturub işin üstünün nə vaxt açılacağını gözləmək lazim idi. Mən qocanı, o otağa girərkən ötəri gördüm, sonra isə çarpayı onu görməyimə mane oldu. Missis Felps onun qabağına gəlib soruşdu: 


- Gəlibmi? 
- Yox, - deyə əri cavab verdi. 
- Allah, özün kömək elə! - deyə missis Felps dilləndi. 
- Onun başına nə gələ bilər? 
- Heç təsəvvür də edə bilmirəm, - deyə qoca cavab verdi. 
– Düzünü desəm, mən özüm də çox nigaran qalmışam. 
- Sən nigaran qalmısan! Mən lap ağlımı itirmişəm! Yəqin ki, o gəlibdir, sən onu görməmisən. Baxarsan, belə olacaq, mənim ürəyimə damıbdır. 
- Sən nə danışırsan, Salli, özün bilirsən ki, mən onu görməyə bilməzdim. 
- Ay Allah, ay Allah, bacım indi mənə nə deyəcək! Uşaq yəqin ki, gəlibdir! Sən onu görməmisən. O.. 
- Qanımı qaraltma, onsuz da qanım qaradır. Heç bilmirəm ki, nə edim. Düzünü deyim ki, lap başımı itirmişəm. Qorxmuşam da. Onun gəldiyini heç güman da etmək olmaz, çün ki necə olsa mən onu görərdim. Salli, deməyə dilim də gəlmir, başa düşürsənmi, dilim gəlmir, yəqin ki, paroxodun başına bir iş gəlib! 
- Saylas! Bir ora, yola bax, deyəsən kim isə gəlir! 


O özünü pəncərəyə tərəf atdı, missis Felpsə isə bu lazım idi. O, cəld çarpayının dal tərəfinə əyildi, məni itələdi, mən də oradan çıxdım; qoca dönüb baxdıqda missis Felps qamətini düzəldərək məmnun halda, fərəhlə gülümsəyirdi; mən isə tamam qan-tər içərisində onun yanmda dayanmışdım. Qoca gözünü mənə zilləyib dedi: 
- Bu kimdir belə? 
- Səncə kim olar? 
- Başa düşə bilmirəm! Kimdir? 
- Tom Soyyerdir, bildinmi? Allaha and olsun, scvincimdən daha yerə-göyə sığmırdım. Lakin əməlli-başlı götürqoy etməyə vaxt yox idi; qoca hər iki əlimdən yapışıb möhkəm-möhkəm sıxmağa başladı; onun arvadı isə bu vaxt scvinclə ətrafımızda atılıb düşür, həm ağlayır, həm də gülürdü; sonra onların hər ikisi mənə Sid, Meri və ümumiyyətlə, butün qohum-əqrəba barədə sual yağdırmağa başladı. 


Onlar nə qədər çox sevinirdilərsə də onların sevinci mənimkinin yanında heç bir şey deyildi; özümün kim olduğmıu öyrəndiyimə o qədər şad idim ki, elə bilirdim dünyaya yenidən gəlmişəm. Onlar azı iki saat məndan əl çəkmədilər, mən də o ki var danışdım daha dilinı söz tutmurdu; mən öz ailəmdən, daha doğrusu Soyyerlərin ailəsindən onlara o qədər danışdım ki, bu söhbət on belə ailəyə çatardı. Sonra Ağ çayın ağzında paroxodumuzun silindrinin nə cür partladığını və bizim onu üç gün təmir etdiyimizi onlara ətratlı söylədim. Bütün bunlar çox yaxşı çıxdı və gözəl təsir etdi, çünki onların işdən başlan bir o qədər çıxmırdı, onlar yalnız başa düşdülər ki, üç gün təmirə sərf olunub. Əgər mən desəydim ki, boltun başı partlayıb, buna da inanardılar. 

 

İndi mən bir tərəfdən özümü çox yaxşı, digər tərəfdən isə çox pis hiss edirdim. Tom Soyyeri əvəz etmək həm asan, həm də xoş bir işi idi, əhvalım da yaxşı idi, lakin bu hal paroxodun çayın ağzı tərəfdən fisıltı sala-sala gəldiyini eşitdiyim vaxta qədər davam etdi. Burada mən flkirləşdim ki, birdən Tom Soyyer bu paroxodla gəlib çıxdı, onda bəs necə olar? Birdən o bu saat gəlib evə girsə və mən ona göz vurmağa macal tapmanıış məni öz adımla çağırsa neco olar? 

 

Mən buna heç cür yol verə bilməzdim, bu heç cür yaramazdı. Fikir-ləşdinı ki, yola çıxmaq və onu qabaqlamaq lazımdır. Buna görə də onlara dedİm ki, Öz şeylərimin dalmca şobərə getraək istəyirəm. Qoca da mənimlə getmək fikrində idı, lakin mən dedim ki, ona zehmət vermək istəmirəm, atı özüm də sürə bilərəm.