Mark Tven. Heklberri Finnin macəraları. XXXV fəsil
Səhər yeməyinə, gərək ki, bir saata kimi qalmış durub meşəyə getdik. Tom dedi ki, qazıntı işlərini işıqda görmək lazımdır, fənərin işığı isə çox parlaqdır, ele keçirə bilərik; yaxşısı budur, işıq saçan ağac çüruntüləri yığaq; onları qaranlıq bir yerə qoyanda yavaşyavaş işıq saçırlar.
Biz bir qucaq çürük ağac parçaları yığıb gətirərək kolluqda gizlətdik, özümüz isə oturub dincimizi almağa başladıq. Tom narazı halda deyindi:
- Allah haqqı, bütün bunlar o qədər yüngül və adi bir işdir ki, adamın lap ürəyi darıxır! Daha maraqlı bir plan düşünüb tapmaq da buna görə adama çətin gəlir. Heç qarovulçu da yoxdur, bihuşdan verməyə bir adam tapılmır, - halbuki, qarovulçu mütləq olmalıdır!
Hətta it də yoxdur ki, heç olmasa ona yuxu dərmanı verəsən. Cimin, on fut uzunluqdakı zənciri yalnız bir ayağına bağlanmışdır, zəncirin ucu da taxta çarpayının qıçına keçirilmişdir; çarpayının həmin qıçını qaldırıb zənciri çıxartsaq iş qurtarmış olar.
Saylas əmi isə hər bir kəsə inanır, o, açarı səfeh bir zənciyə veribdir, bu zənciya də heç kim göz qoymur. Cim elə əvvəl də pəncərədən keçə bilərdi, ancaq on futluq zəncirlə uzağa gedə bilməzdi.
Hek, adam lap dilxor olur, axı bundan axmaq iş ola bilməz! Hər cür çətinliyi özün düşünüb yaratmalı olursan! Nə edəsən ki, başqa çarə yoxdur! Olanlarla kifayətlənib, birtəhər işin içindən çıxmalı olacağıq.
Hər halda, bir müsbət cəhət var: onu müxtəlif çətinliklərdən və təhlükələrdən qurtarmaq bizim üçün böyük şərəfdir, çətinlikləri isə bizim üçün heç kəs hazırlamayıbdır, bu qətiyyən bizim vəzifəmiz deyildir, bununla belə onların hamısını özümüz öz başımızdan toqquşdurmalıyıq.
Məsələn, fənəri götürək! Əgər düzünü desək, özümüzü o yerə qoymalı oluruq ki, guya fənərlə işləmək təhlükəlidir. Burada istəyirsən lap məşəllərlə böyük bir yürüş düzəlt, mənu elə gəlir ki, heç yerindən tərpənən də olmaz. Yeri gəlmişkən deyim ki, ağlıma bir fikir gəlib: biz ilk növbədə, mişar düzəltmək üçün bir şey tapmalıyıq.
- Mişar nəyimizə gərəkdir?
- Necə nəyimizə gərəkdir? Zənciri ki, çarpayının qıçından çıxarmaq üçün çarpayının qıçını mişarlamaq lazımdır.
Bəs indicə Özün dedin ki, zəncir asanlıqla çıxır, bunun üçün çarpayının yalnız qıçını qaldırmaq lazımdır.
- Belə iş sənə çox yaraşır, Hek Finn. Sən mütləq gərək lap asan üsul seçəsən. Yoxsa sən heç vaxt kitab oxumamısan? Bəlkə heç baron Trenki də, Kazanovu da Benvenuto Çellini də oxumayıbsan? Bəs navarralı Henrixi necə? Məşhur adamlar məgər azmıdır,
daha hansını sənə deyim? Bu harada görünüb ki, dustağı belə köhnə bir üsulla azad etsinlər? Yox, nüfuzlu şəxsiyyətlərin hamısı deyir ki, çarpayının ayağını mişarla iki yerə bölmək lazımdır, yerə tökülən taxta kəpəyini isə yeməliyik ki, heç kəsin gözünə dəyməsin, sonra ayağı palçıq və piylə elə suvaqlamaq lazmıdır ki, ən iti gözlü həbsxana işçisi belə çarpayının ayağının haradan mişarlandığını seçə bilməsin, elə düşünsün ki, ayaq tamamilə bütövdür. Sonra, qaçmağa tamam hazır olduğun günü, gecə onun ayağınla vurub kənara itələyirsən, zənciri ayağından çıxarır və bununla da öz işini qurtarırsan. Bundan sonra, demək olar ki, daha heç bir işin olmur, kəndir nərdivanı diş-diş hasarın üstünə atır, sürüşüb xəndəyə düşür, nərdivan qısa olduğundan, on doqquz fut çatmadığından yıxılıb qıçını sındırırsan, orada isə atlar səni gözləyir, sadiq nökərlərin səni xəndəkdən qamarlayıb qaldırır, köndələninə yəhərin üstünə alıb doğma Lanqedoka, yaxud Navarraya, yaxud da başqa bir yerə aparırlar. Bax, bu başqa məsələ, Hek! Əgər bu daxmanın yanında xəndək olsa, çox gözəl olar. Vaxtımız olsa qaçacağımız gecə bir xəndək qazıyarıq.
- Bir halda ki, biz Cimi yeraltı lağım vasitəsilə oğurlayacağıq, onda daha xəndək nəyimizə gərəkdir? - deyə soruşdum.
O isə mənə heç qulaq da asmırdı. Məni də, dünyadakı hər bir şeyi də unudub əliylə çənəsindən tutaraq düşünürdü, sonar köksünü ötürüb başını buladı, yenə köksünü ötürərək dedi:
- Yox, bu lazım deyil, ona heç bir lüzum yoxdur!
- Nə barədə deyirsən? - deyə soruşdum.
- Cimin ayağım mişarlamağı deyirəm.
- Allah, özün kömək ol! dedim, - əlbəttə ki, buna heç bir lüzum yoxdur! Yaxşı, bir de görüm, onun ayağını mişarlamaq haradan ağlına gəldi?
- Bir çox nüfuzlu şəxsiyyətlər belə etmişdir. Onlar zənciri çıxara bilmədiklərindən əllərini kəsib qaçmışlar. Ayağı kəsmək isə daha yaxşı olardı. Lakin bunsuz keçinməli olacağıq. Buna o qədər də lüzum yoxdur! Bundan əlave, cim zəncidir, bunun nə üçün belə edildiyini başa düşməz; onu heç cürə başa da sala bilməzsən ki, Avropada belə qəbul edilmişdir... Yox, bundan vaz keçməli olacağıq! Kəndir nərdivanı isə düzəltmək olar, biz döşəkağılarımızı cırarıq və bir dəqiqənin içində Cim üçün kəndir nərdivan düzəldərik.
Sonra onu Cimə piroqun içində göndərmək olar, bunu həmişə belə edirlər. Bundan pis piroqlar da olur, çarəsizlikdən yeyirsən.
- Tom Soyyer, bu nədir, özündən quraşdırırsan! - deyə mən dilləndim. - Cimə heç bir kəndir nərdivan lazım deyildir.
- Yox, lazımdır. Sən yaxşısı budur de görək özün nə quraşdırırsan, həm də bu işdə heç bir şey anlamırsan! Kəndir nərdivan ona lazımdır, hamının kəndir nərdivanı olur.
- Bəs Cim onu neyləyəcək?
- Neyləyəcək? Yəni döşəyin içində də gizlədə bilməz? Hamı belə edir, deməli, o da belə etməlidir. Hek, sən deyəsən heç bir şeyi əməlli-başlı eləmək istəmirsən. Hər dəfə nə isə yeni bir şey düşünüb ortaya atırsan. Əgər bu nərdivan ona lazım olmasa, qaçandan sonra onun döşəyinin içində qala bilməzmi? Axı bu sübutdur!
Sən elə bilirsən ki, sübut lazım olmayacaq? Elə lazım olacaq ki! Sən isə istəyirsən ki, heç bir sübut-filan qalmasın! Qiyamət işdir, daha sözüm yoxdur! Bil ki, heç vaxt belə olmur, mən belə bir şeyi ömrümdə eşitməmişəm.
- Yaxşı, - dedim, - əgər qayda üzrə onun nərdivanı olmalıdırsa, qoy olsun, mən heç də qaydanın əleyhinə getmək istəmirəm. Ancaq, Tom Soyyer, bunu bil ki, biz Cim üçün nərdivan düzəltməkdən ötrü döşəkağılarımızı cırsaq, Salli xala ilə mütləq əngəlimiz çıxacaq, bunu lap beş barmağım kimi bilirəm. Mənə belə gəlir ki, nərdivanı qoz ağacı qabağından düzəltsək daha yaxşı olar, ona pul xərcləmək də lazım deyil, onu piroqun içinə qoymaq isə parça nərdivanı qoymaqdan asandır, döşəyin içində gizlətmək də belə.
Cimin isə belə işlərdən başı çıxmır, onun üçün fərqi yoxdur, istəyir hər hansı...
- Hek Finn, yaman cəfəngiyat danışırsan! Əgər mən sənin kimi bir şey anlamasaydım, susub durardım! Bu harada görünüb ki, dövlət canisi qoz ağacı qabığından düzəldilmiş nərdivanla qaça? Buna bişmiş toyuğun da gülməyi gələr!
- Yaxşı, Tom, necə bilirsən elə də elə; ancaq bununla belə, əgər mənim məsləhətimə qulaq asmaq istəyirsənsə, döşəkağını zivədən borc götürsək, daha yaxşı olar.
Tom dedi ki, bu mümkündür. Bu vaxt onun ağlına bir fikir də gəldi, o dedi:
- Yeri gəlmişkən bir köynək də çırpışdır!
- Tom, köynəyi neyləyirik?
- Gündəlik tutmaq üçün Cimə lazım olar.
- Gündəlik nədir? Cim ki, heç yazmaq da bilmir!
- Tutaq ki, yaza bilmir, əgər biz onun üçün qalay-qaşıqdan, yaxud köhnə çəllək çənbərindən qələm düzəltsək, bəzi işarələr qeyd edə bilməzmi?
- Tom, sən nə danışırsan? Qələmi qaz lələyi əvəz edə bilər, bu həm yaxşı, həm də tez olar.
- Eh, əcəb də kəllən var, dustaqların kamerasında məgər qaz olur ki, onun da lələyini çıxarasan! Onlar qələmi həmişə ən bərk və yararsız bir şeydən, məsələn, mis şamdanın qırıntısından, yaxud ələ keçən hər hansı bir şeydən düzəldirlər! Bunu düzəltməyə də çox vaxt – həftələr, bəlkə də aylar gedir, çünki onlar qələmi divara sürtərək itiləyirlər. Qaz lələyi özlərində olsa da, onlar heç vəchlə onunla yazmazlar. Bu onlarda dəb deyil.
- Yaxşı, sən deyən olsun, bəs biz onun üçün mürəkkəbi nədən düzəldəcəyik?
- Çoxları paslı dəmirlə göz yaşından düzəldirlər; ancaq bunu adi adamlar və qadınlar edirlər, məşhurları isə öz qanları ilə yazırlar. Cim də öz qanı ilə yaza bilər; özünün dustaq olduğunu bütün dünyaya bildirmək, ən sada gizli xəbər göndərmək, lazım gəldikdə isə
tənəkə nimçəni çəngəllə cızıb pəncərədən ata bilər. Dəmir Maska həmişə belə edirmiş, bu da çox gözəl üsuldur.
- Cimin tənəkə nimçəsi yoxdur. Ona kasada yemək verirlər.
- Eybi yoxdur, biz onun üçün taparıq.
- Onsuz da onun işarəsini beç kim başa düşməyəcək.
- Bu heç də vacib deyil, Hek Finn. Onun işi yazmaq və nimçəni pəncərədən atmaqdır. Sənin onu oxumağın isə vacib deyil. Onların nimçədə, yaxud da başqa bir şeydə nə yazdıqlarının yarısını onsuz da oxumaq olmur.
- Onda nimçələri korlamasın nə mənası var?
- Söz danışdın da? Bu ki, onun nimçələri deyil!
- Axır ki, bir adamındır, buna nə sözün?
- Nə olsun ki! Dustağa nə dəxli ki, kimindir...
Tom sözünü axira kimi söyləyə bilmədi, biz səhər yeməyinə çağıran şeypur səsini eşidib evə getdik.
Həmin səhər mən zivədən bir döşəkağı və bir ağ köynək borc götürə bildim; axtarıb köhnə bir kisə taparaq şeyləri onun içinə qoydum, sonra biz ağac çürüntülərini də gətirib həmin kisəyə soxduq. Mən buna "borc götürmək" deyirəm, çünki atam həmişə belə deyirdi, Tom isə bilidirdi ki, bu borc götürmək deyil, oğurlamaqdır. O dedi ki, faiz dustaqlara kömək edirik, şeyi necə əldə etməyimizin isə onlar üçün heç bir fərqi yoxdur, təki tapaq, bundan ötrü onlan heç kim ittiham etməyəcək.
Əgər dustaq qaçmaq üçün özünə lazım olan bir şeyi oğurlarsa, bu heç də cinayət deyildir, bu onun hüququdur, bundan əlavə məhbusun həbsxanadan azad edilməsi üçün bizə lazım olan hər şeyi bu evdən oğurlamağa tam haqqımız vardır. Tom daha sonra dedi ki, əgər biz dustaq olsaydıq, onda, əlbəttə, başqa məsələ, həbsxanada olmayan bir şəxs oğurluq edərsə, ən əclaf, ən murdar bir adamdır. Buna görə də biz əlimizə keçən hər bir şeyi oğurlamaq qərarına gəldik.
Bundan bir qədər sonra, Tom mənimlə boş şeylərin üstündə böyük bir mübabisə açdı, buna səbəb, mənim zəncilərin bostanından bir qarpız oğurlayıb yeməyim olmuşdu. O məni məcbur cetdi ki, gedib zəncilərə on sent pul verim, nədən ötrü verdiyimi isə izahı
etməyim. Həm də dedi ki, yalnız lazım olan şeyləri oğurlamaq olar. "Nə olsun, - deyə mən etiraz etdinı, - demək qarpız mənə lazım olub da". O isə dedi ki, qarpız mənə heç də həbsxanadan qaçmaq üçün lazım olmayıb, fərq də bax, yalnız bundadır. Daha sonra o
dedi: "Bax, əgər sətı, Cim həbsxanasını öldürsün deyə qarpızın içinə, ona verməkdən ötrü bıçaq qoysaydm, bu tamam düz olardı, yəni hər şey öz qaydasında olardı". Qarpızı çırpışdırmaq üçün əlimə fürsət düşdükdə, hər dəfə oturub hər cür incəliklərinə qədər
düşünərək dustağın əvəzinə oğurluq etməyimin mənə bir xeyri olub-olmadığını fikirləşməyin əhəmiyyətsizliyini görürdümsə də, onunla mübahisə etməyə girişmədim.
Bəli, mən artıq demişdim, həmin səhər gözlədik ki, hamı öz işinə çıxıb getsin və həyətdə beç kim olmasın, yalnız bundan sonra Tom kisəni götürüb əlavə tikiliyə apardı, mən isə həyətdə durub gözətçilik etdim. Tom tezliklə ordan çıxdı, birlikdə gedib söhbət etmək üçün tir üstündə əyləşdik. Tom dedi:
- İndi alətdən başqa hər şey hazırdır; onu tapmaq isə asan işdir.
- Alətdən başqamı dedin?
- Bəli!
- Bəs alət nə uçundur,
- Necə yəni nə üçündür? Qazımaq üçün. Torpağı dişimizlə qazımayacağıq ki?
-Bəs o əlavə tikilidə olan köhnə toxa və bellər necə, yaramazmı?- deyə soruşdum.
Tom mənə tərəf dönüb elə təəssüf hissilə baxdı ki, elə bil ağlayacaqdı, sonra dedi:
- Hek Finn, sən hardan eşitmisən ki, dustaqların lağım atmaqdan ötrü toxa və belləri, hər cür yeni alətləri olsun? Soruşuram, de görüm, səncə belə olanda dustaq şöhrət qazana bilərmi? Onda elə lap adi qaydada ona açar ver, hər bir şeyi qurtarıb getsin. Toxa, bel!
Daha nə bilim, nə! Bunları heç krallara da vermirlər.
- Yaxşı, - dedim, - əgər toxa və bellər işimizə yaramusa, bəs onda bizə nə lazımdır?
- Qəssab bıçaqları.
- Daxmanın altına lağım atmaq üçünmü?
- Hə də, bəs nə üçün!
- Sən lap ağ eləmisən a, Tom Soyyer, bu lap mənasız işdir!
- Mənasız iş oldu-olmadı, fərqi yoxdur, qayda belədir, on düzgün üsul budur. Başqa heç bir üsul yoxdur; bu barədə kitablarda nə qədər oxumuşamsa, bir dəfə də eşitmişəm ki, başqa cürə etsinlər. Həmişə bıçaqla qazıyırlar, həm də yadında saxla ki, torpağı yox, bərk qayanı.
Buna da çox vaxtları gedir, həftəlar bir-birinin dalınca gəlib keçir...
Onlar isə yenə də qazır, hey qazırlar! Məsələn, Marsel limanındakı Dif qalasında olan bir məhbus bu yolla hey qazıb-qazıb, nəhayət, azadlığa çıxıb. İndi sən bilən, nə qədər müddətə qazıb?
- Mən hardan bilim.
- Yox, bir fikirləş tap.
- Eh, bilmirəm... Ay yarımamı?
- Otıız yeddi ilə. Yerin altından Çində çıxıb. Bax, belə olur! Hayıf ki, bizim bu həbsxana qaya üstündo deyil!
- Cimin Çində bircə tanışı da yoxdur.
- Tamşın bura nə dəxli var. Həmin məhbusun da tanışları olmayıb.
Sən həmişə düz yoldan kənara çıxırsan. İşə bir az yaxından baş qoşsana!
-Yaxşı, sən deyən olsun, onun haraya gedib çıxmağının mənim üçün heç bir fərqi yoxdur, təki azadlığa çıxsın, Cim üçün də, məncə, heç bir fərqi yoxdur. Ancaq bir məsələ var: Cim elə cavan deyil ki, bıçaqla qazıya. Qazıyıb qurtarmamış ölər.
- Yox, Ölməz. Olmaya elə düşünürsən ki, bizə də otuz yeddi il vaxt lazım olacaq? Biz axı yumşaq torpağı qazıyacağıq!
- Bəs nə qədər vaxt lazım olacaq, Tom?
- Axı biz o qədər qazıya bilmərik, yoxsa oradan, Yeni Orlean yaxınlığından Saylas əmiyə qorxuram yazalar. Cimin oradan olmadığını Saylas əmi bircə bilməyəydi. Yoxsa, o da bir şey yazar, nə bilim, bəlkə Cim haqqında bir elan yazdı... Deməli, biz risk edərək lağım atmaqla lazım olan qədər məşğul ola bilmərik. Qaydaya görə, məncə iki il qazımalıyıq; ancaq bunu heç cür edə bilmərik. Sonra nə olacağı məlum deyildir, buna görə də mən məsləhət görmürəm ki, əsl qayda ilə, həm də mümkün qədər tez qazaq, sonra isə belə təsəvvür edək ki, guya otuz yeddi il qazmışıq. Onda, həyəcan qalxan kimi onu bir göz qırpımında oğurlayıb aparmaq olar. Bəli, məncə bu ən yaxşı üsul olar.
- Hə də, bunun heç olmazsa, bir az mənası var, - deyə mən dilləndim. - Təsəvvür etmək bizim üçün heç də çətin deyil, zəhmət de, demək olar ki, heç yoxdur; əgər lazım olsa, lap belə təsəvvür edə bilərəm ki, yüz əlli ilə qazımışıq. Bu mənim üçün çətin deyil, bir balaca adət etmək lazımdır. Mən bu saal qaçıb hardan olsa iki bıçaq taparam.
- Üçünü tap, - deyə Tom bildirdi, - birindən mişar düzəldərik.
- Tom, əgər belə bir təklif qaydanın və dinin əleyhinə deyilsə, - dedim, - bax orada, hisxananın dalındakı talvarın altında paslı bir mişar var.
Tom bir növ təəssüf hissilə və kədərlə mənə baxıb dedi:
- Hek, səni heç bir düzgün yola öyrətmək mumkün deyil, heç zəhmət çəkməyinə də dəyməz! Yüyür bıçaq tap, həm də üç dənə!
Mən qaçdım.