Bayatılar

Bayatılar

Əzizim, bir de görüm,
Sözünü bir de görüm.
Görmüşəm, doymamışam,
Aç üzün bir də görüm.
***


Əzizim, sənə dağlar,
Sənəd var sənə dağlar.
Ərzəm yazılı qaldı,
Sinəmdə sənə, dağlar.
***


Əzizinəm, yara de,
Ürək sözüm yara de,
Həkim gəlsə sağalmaz,
Loğmanımdı, yara de.
***


Əziziyəm, dərdə mən,
Dözəmmərəm dərdə mən.
Sən yat, dincin algilən,
Keşikçinəm dərdə mən.
***


Əziziyəm, gündə sən,
Eyvanda mən, gündə sən.
Can almaq bir gün olar,
Canım aldın gündə sən.

***

 

Əzizim, sara xalın,
Can alır hara xalın.
Ürəyimə xal saldı,
Ağ üzdə qara xalın.
***


Əzizim, Bağdada var,
Min atın, Bağdada var.
Bağçada gördüyün gül,
Bizim bağda da var.
***


.Əzizim, gülü bağlar,
Açıbdır gülü bağlar.
Özün bir sona dilbər,
Dilin bülbülü bağlar.
***


Əzizim, bica dağlar,
Gündüzü gecə dağlar.
Sevəsən verməyələr,
Görəsən necə dağlar.
***


Əzizinəm, gül ağlar,
Gül ağlar, bülbül ağlar.
Bülbül güldən küsübdür,
Saralıbdır gül, ağlar

***

 

Əziziyəm, ağ damlar,
Ağ eyvanlar, ağ damlar.
Yar məndən üz döndərsə,
Gözlərimə qan damlar.
***


Əzizinəm, ağ dama,
Yolum düşdü Ağdama.
Dostuna kəc baxanın,
Gözlərinə ağ dama.
***


Əzizim, qara neylər,
Ay doğar, qara neylər.
Mən ki, nəzər salmışam,
Bədnəzər yara neylər?
***


Əzizim, ay incilər,
Yox sizə tay incilər.
Sənə baxan gözlərim,
Günü gündən incilər.
***


Əziziyəm, səs eylər,
Quşlar uçar səs eylər.
Yar əlindən dərdliyəm,
Bu dərd mənə bəs eylər