Görkəmli şəxsiyyətlər

Vilyam Herşel

Vilyam Herşel alman əsilli ingilis astronom və bəstəkardır. O, 15 noyabr 1738 Hannoverdə musiqiçi ailəsində anadan olub. Atası İsaak Herşel Hannover qvardiyasında qoboy ifaçısı idi. Vilyam Herşel də gənc yaşlarında qoboy ifaçısı olaraq ordu orkestrində xidmət etmişdir. Herşel 1757-ci ildə musiqiyə daha çox vaxt ayıra bilmək üçün ordudan ayrılmışdır.

 

Atası kimi Herşel də  boş vaxtlarında astronomiya ilə bağlı kitablar oxuyurdu. Astronomiya onun hobbisi idi. Vilyam Herşel fəlsəfə, təbiətşünaslıqla məşğul olur, optika və astronomiya ilə maraqlanmağa başlayır. Amma astronomiyanı təkcə kitablardan öyrənmək olmazdı. Böyük teleskop almağa maddi imkanı olmayan Herşel özü teleskop düzəltmək qərarına gəlir. O, öz bacısı Karolina ilə birlikdə daim teleskopların təkmilləşdirilməsi və astronomik müşahidələrlə məşğul olurdu.

 

1781-ci il martın 13-də kiçik Vata şəhərindən olan musiqi müəllimi Vilyam Herşelin həyatında xoşbəxt bir hadisə baş verdi. Bu ulduzlu gecədə o, bütün dünyanı heyran edən və adını əbədiləşdirən bir kəşf etdi. 1782 və 1802-ci illər arasında Herşel özünün düzəltdiyi teleskoplar ilə kosmosda təqribən 2400 kosmik obyekti kəşf etmiş və bu kəşflərini üç kataloqla nəşr etdirmişdir:

 

 

Böyük teleskop almağa maddi imkanı olmayan Herşel özü teleskop düzəltmək qərarına gəlir. O, öz bacısı Karolina ilə birlikdə daim teleskopların təkmilləşdirilməsi və astronomik müşahidələrlə məşğul olurdu. 1782-ci ildə kral Herşeli özünün şəxsi astronomu təyin edir. Nəticədə həmin il Buckinghamshire qraflığına köçərək burada astronomiya ilə məşğul olur, düzəltdiyi 60-dan yuxarı teleskopu avropalı astronomlara satırdı. 1789-cu ildə Herşel öz dövrünün ən böyük teleskopunu düzəltməyi bacardı.  O, Kainatın ümumi quruluşunu anlamağa böyük töhfə verdi. Herşel Uran planeti və onun iki peykini, Saturn planetinin iki peykini, infraqırmızı şüalanmanı kəşf edib.

 

Vilyam Herşel 1822-ci ildə vəfat etmişdir.