Xəbərlər

20 sentyabr- Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günüdür

20 sentyabr- Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günüdür. Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günü Endokrin Xəstələrini Dəstəkləyən Təşkilatlar üçün Beynəlxalq Koalisiya (ICOSEP) və onun üzvləri tərəfindən uşağın böyüməsi ilə bağlı əhalini məlumatlandırmaq üçün qlobal bir maarifləndirmə təşəbbüsüdür. Bu günün qeyd olunmasında əsas məqsəd baş verə biləcək hər hansı problemi vaxtında aşkar etməyin və lazımi ölçü götürməyin ən yaxşı vasitə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Uşaqların boy artımı bir neçə səbəbdən normal inkişaf etmir: onların boyu yaşıdlarına nisbətən ya çox qısa olur, ya da həddindən artıq uzun. Bu səbəblər əsasən üç qrupa bölünür: böyümə prosesinin özü ilə əlaqədar problemlər, qidalanma və ya uzunmüddətli xəstəlik kimi xarici amillərin yaratdığı problemlər, yaxud naməlum amillərin təsiri ilə yaranan səbəblər, idiopatik böyümə xəstəlikləri.

Qısa və ya çox hündür boy böyümə vəziyyətinin ən çox nəzərəçarpan əlamətlərindən biri olsa da, uşağa təsir edə biləcək bir sıra digər simptomlar və problemlər də var. Hər bir vəziyyət fərqli simptomlar göstərsə də, ümumiyyətlə, ağrı, yorğunluq, oynaq və ya çəki kimi problemlərə rast gəlinir. Fiziki inkişafın fəsadları ağciyər, ürək və böyrəklər, həmçinin digər toxuma və orqanların inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.

Əgər uşağınızın boy artımından narahatsınızsa, onda əlamətlərə diqqətlə yanaşmağın əsl zamanıdır. Uşağınız həmyaşıdlarından, ya da bacı-qardaşlarından çox qısadırsa, çox vaxt faktiki yaşından balaca olduğu zənn edilirsə və il ərzində ən azı 5 santimetr böyümürsə (5 yaş və yetkinlik arasında), onda həkimə müraciət edin.

Diqqət yetirək, çünki uşağın böyüməsi onun ümumi sağlamlığının əsas əlamətidir.