Xəbərlər

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək

Oktyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdə reallaşacaq layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olacaq.

 

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.