Tapmacalar

Gülzar İbrahimova. Oğru dovşan

Bostançıdan xəlvəti

Dovşan bostana girdi.

Kələm yığmaq istədi

Gətirdiyi səbətə.

O çoxlu kələm dərdi,

Sevincək birin yedi,

Əlindən düşdü biri,

Düz çaya diyirləndi.

Üçün qoydu zənbilə,

İndi sən söylə mənə

Oğru dovşan bostandan

Neçə kələm dərmişdi?