Bakıdakı musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Qazaxıstan və İtaliyanın təşkilatçılığı ilə onlayn keçirilən “DOLCE MUSICA” adlı V beynəlxalq vokal-instrumental müsabiqəsində uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, müsabiqədə 11-13 yaş kateqoriyasında məktəbin fortepiano ixtisası üzrə təhsil alan 2-ci sinif şagirdləri Fərhad Nağızadə (müəllim Ləman Əhədova) I yerə, Gültəkin Abdullayeva (müəllim Ləman Əhədova) II yerə, Safurə Qasımova (müəllim Ləman Əhədova) III yerə layiq görülüblər. Tar ixtisası üzrə təhsil alan 3-cü sinif şagirdi İbrahim Abbasov (müəllim Mustafayev Rüfət) isə I yeri tutub.
22.10.2024