Gülzar İbrahimova. Dükanda
Bu gün ilk dəfə
Dükana getdim.
Böyüklər kimi
Bazarlıq etdim.
Üç konfet alıb,
Bir də şokolad,
Məktəbə getdim.
İki konfeti
Orxana verdim.
Birini dostum
Tərlana verdim.
Özümə bəs nə
Qaldı, deyərsən
Desən bilərəm
Saya bilirsən.
29.10.2024