Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır.
BMT hər il oktyabrın 31-də qeyd olunan Ümumdünya Şəhərlər Günü ərəfəsində 2024-cü ildə “Gənclər iqlim dəyişikliyinin katalizatorları” mövzusu altında keçiriləcək tədbirlərin builki mövzusunun “Şəhər davamlılığı üçün yerli fəaliyyət” olduğunu bildirib. Təşkilat bu əlamətdar günlə bağlı yeni hesabatını dərc edib.
AZƏRTAC BMT-nin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, hesabatda iqlim dəyişikliyi kontekstində görünməmiş problemlərlə üzləşən şəhərlərdə 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin yaşayacağını proqnozlaşdırılır. 2030-cu ilə qədər insanların təxminən 60 faizi şəhərlərdə yaşayacaq, eyni zamanda, şəhər sakinlərinin 60 faizə qədərinin yaş həddi 18-dən aşağı olacaq. Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində irəliləyişlərə baxmayaraq, şəhərlər, xüsusən Qlobal Cənubda yerləşən iri yaşayış məntəqələri yoxsulluq, bərabərsizlik və ətraf mühitin pisləşməsi fonunda təcili tədbirlər görülməsini tələb edir.
2024-cü il Ümumdünya Şəhərlər Günündə keçiriləcək tədbirin məqsədi şəhərlərdə iqlim problemlərinin həllində yerli hökumətlərin və gənclərin mühüm rolunu nümayiş etdirməkdir. Tədbirdə gənclərin təklif etdiyi innovativ ideyalar işıqlandırılacaq və onların konkret fəaliyyətə çevrilməsi yolları araşdırılacaq.
31.10.2024