Xəbərlər

Musiqi məktəbinin şagirdi beynəlxalq festival-müsabiqədə uğur qazanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alan IV sinif şagirdi Lalə Abbasova Qazaxıstanda onlayn keçirilən “Tı Zvezda” adlı beynəlxalq festival-müsabiqədə uğurla iştirak edib.

 

AZƏRTAC xəbər verir ki, müsabiqədə 7-9 yaş kateqoriyasında çıxış edən Lalə Abbasova münsiflər heyətinin qərarına əsasən I dərəcəli laureat adına layiq görülüb. Müəllimi Təranə Nəzərova isə təşəkkürnamə ilə mükafatlandırılıb.