Çarlz Dikkens. Sehrli nağıl
Bir ölkədə kral və kraliça yaşayırdı. Kral bütün kişilərin ən hünərlisi, kraliça isə bütün qadınların ən gözəli idi. Kral idarədə qulluq eləyib maaş alırdı. Kraliça kənddəndi, atası kənd həkimi idi.
Kralla kraliçanın on doqquz uşağı vardı. Uşaqların on yeddisi ən balacasına baxır, ən böyüyü Alisiya isə hamısına göz yetirir, qulluq edirdi. Körpə yeddi aylıqdı, uşaqlardan ən böyüyü Alisiyanın yeddi yaşı vardı.
İndi siz nə kimi əhvalatlar baş verdiyinə qulaq asın.
Bir dəfə kral idarəyə işə gedəndə yolüstü balıq dükanına baş çəkdi, girvənkə yarım somğa balığının pulunu verib təcrübəli, qənaətcil evdar qadın olan kraliçanın tapşırdığı kimi quyruqdan bir qədər yuxarı yaxşı bir parça seçdi və tapşırdı ki, onu evə göndərsinlər. Balıqsatan, mister Pikklz dedi: “Əlbəttə, ser, daha başqa bir şey lazım deyil ki? Sabahınız xeyir olsun”.
Kral çox dilxor işə yollandı, ona görə dilxordu ki, maaş gününə hələ çox qalırdı, bu yandan da əziz balalarından bir neçəsinin pal-paltarı əyinlərinə gəlmirdi, böyümüşdülər. Kral iki addım getməmişdi ki, mister Pikklzin əlinin altında işləyən bir oğlan yüyürə-yüyürə özünü krala yetirib dedi:
— Ser, mağazamızda yaşlı bir qadın görmədiniz?
— Nə yaşlı qadın?— deyə kral təəccübləndi.—heç bir yaşlı qadın görmədim.
Kral qadını görməmişdi, çünki qadın onun üçün gözəgörünməzdi,oğlan isə görmüşdü. Bəlkə, qadın oğlanın gözünə ona görə görünmüşdüki, ocağın yanında iki qalxan balığını yaxalayarkən oğlan suyu onun üstünə sıçradıb paltarını bulaşdırmasın.
Bu vaxt yaşlı qadın da özünü krala yetirdi. O, rəngdən-rəngə düşən bahalı ipək don geymişdi, quru lavanda ətri adamı bihuş edirdi.
Yaşlı qadın soruşdu:
— Zənnimcə, siz kral Birinci Uotkinsiniz?
— Bəli, adım Uotkinsdir—deyə kral cavab verdi.
Yaşlı qadın xəbər aldı:
—Səhv etmirəmsə, siz gözəl şahzadə qız Alisiyanın atasısınız, eləmi?
— Onun və on səkkiz digər qəşəng balanın da,—deyə kral cavab verdi.
—Elə bilirəm ki, indi qulluğa gedirsiniz.
Kral fikirləşdi ki, qarşısındakı qadın, görünür, pəridir, yoxsa bütün bunları hardan bilərdi. Bu fi kir ağlına təzəcə gəlmişdi ki, yaşlı qadın dedi:
— Haqlısınız. Mən xeyirxah Böyük pəri Sinemorayam. Mənə diqqətlə qulaq asın. Nahar üçün evə qayıdanda şahzadə Alisiyanı indicə aldığınız somğa balığının dadına baxmağa nəzakətlə dəvət edin.
— Bəlkə, balıq ona zərərdir,—deyə kral dilləndi.
Bu gülməli fikir yaşlı qadını elə hirsləndirdi ki, kral bərk qorxdu, acizanə surətdə ondan üzr istədi.
Yaşlı qadın lap özündən çıxmışdı:
—Elə bunu eşidirsən ki, o zərərdir, bu zərərdir! Məncə, balığın hamısını özünüz yemək istəyirsiniz. Acgözlük yaxşı deyil!
Kral başını aşağı salıb bütün bu danlaqları dinlədi, sonra dedi ki, daha bir də bu barədə cınqırını da çıxarıb bir söz deməz.
Böyük pəri Sinemora dedi:
— Bundan sonra özünüzü, əməlli aparın, bir də belə işlər tutmayın...
Gözəl şahzadə Alisiya somğadan yeməli olsa, mənə elə gəlir ki, yeyər, boşqabında bir sümük qaldığını görəcəksiniz. Ona tapşırın ki, sümüyü qurutsun, təmizləsin və sədəf kimi parıldayıncayadək yaxşıca sürtsün.
Sonra da sümüyü qorusun, çünki o sümük mənim ona hədiyyəmdir.
Kral soruşdu:
— Vəssalam?
— Bu nə hövsələsizlikdir, ser,—deyə Böyük pəri Sinemora yenə kralı ciddi danladı.—Sözümü kəsməyin, başqalarına da danışmağa imkan verin. Siz böyüklər elə həmişə adamın səsini ağzında qoymağa çalışırsınız.
Kral yenə başını aşağı saldı, dedi ki, daha heç vaxt heç kəsin sözünü yarımçıq kəsməyəcək.
Böyük pəri Sinemora dedi:
— Bundan belə özünüzü əməlli aparın, bir də belə işlər tutmayın. Şahzadə Alisiyaya mənim səmimi salamımı yetirin və deyin ki, bu, sehrli hədiyyədir, ondan ancaq bir dəfə istifadə etmək olar. Bu sümük onun hər bir arzusunu yerinə yetirər, amma bir şərtlə ki, vaxtında xahiş edilsin. Sizə tapşırığım bundan ibarətdir. Onu bütün dəqiqliyilə yerinə yetirin.
Kral ağzını açıb:
— İcazə verin soruşum, axı niyə?—deyə təzəcə sözə başlamışdı ki, pəri elə hirsləndi, elə hirsləndi ki, gəl görəsən.
— Ser, siz özünüzü əməlli aparacaqsınız, ya yox?!—deyə o, ayağını yerə döyüb qışqırdı.—Niyə?! Sizə elə onun niyəsi lazımdır! Heç nəyə görə! Buna bax! Siz böyüklərin niyələri məni lap təngə gətirib!
Yaşlı qadının bu cür özündən çıxması kralı lap qorxutdu, o, qadının ürəyinə toxunan sözlər dediyinə peşman olduğunu bildirdi, bundan sonra heç bir şeyin səbəbini soruşmayacağına söz verdi
Yaşlı qadın dedi:
— Bundan sonra özünüzü əməlli aparın, bir də belə işlər tutmayın.
Bu sözləri deyib Böyük pəri Sinemora qeyb oldu, kral yoluna davam etdi, xeyli getdi, getdi, axırda gəlib idarəyə çatdı. Orda da başladı yazmağa. Yazdı, yazdı, ta o vaxta qədər yazdı ki, evə getmək vaxtı gəlib çatdı.
Evdə nəzakətlə şahzadə Alisiyaya müraciət edib onu pərinin buyurduğu kimi balığı yeməyə dəvət elədi. Şahzadə balıq qızartmasını böyük ləzzətlə yeyib qurtarandan sonra kral onun boşqabında Pərinin dediyi kimi, bir sümük qaldığını gördü. Onda kral pərinin dediklərini şahzadə Alisiyaya yetirdi və şahzadə sümüyü qurutdu, təmizləməyə, sürtməyə başladı, o qədər sürtdü ki, sümük sədəf kimi par-par parıldadı.
Bir gün səhər kraliça yatağından qalxmaq istəyəndə “Aman Allah, Aman Allah. Bu nədir, başım hərlənir!”— deyə çığıraraq huşunu itirib yıxıldı.
Səhər yeməyi barədə anasından nəsə soruşmağa gəlmiş şahzadə Alisiya təsadüfən yataq otağının qapısı ağzında imiş. Sevimli anasını—kraliçanı bu vəziyyətdə görən Alisiya yaman təşvişə düşdü, cəld zəng çalıb Peqqini çağırdı (Peqqi yataq ağasının adı idi). Lakin burun duzu şüşəsinin harda olduğunu yadına salaraq o, stul qoyub üstünə çıxdı, şüşəni götürdü, sonra çarpayının yanındakı digər stula dırmaşaraq şüşəni kraliçanın burnuna tutdu. Sonra stuldan yerə tullanıb su gətirdi, sonra yenə stula dırmaşıb kraliçanın alnını islatdı. Qərəz, yataq ağası içəri girəndə bu yaşa dolmuş qəşəng qadın şahzadə qıza bu sözləri deməli oldu:
— Sən nə cəldsənmiş! Heç mən də bütün bu işləri belə tez görə bilməzdim.
Bununla təhlükə sovuşmadı, yox! Mehriban kraliça doğrudan-doğruya bərk xəstələndi, xeyli yatdı. Şahzadə Alisiya on yeddi digər şahzadə qız və oğlanın bir-birilə dalaşmamasına göz qoyur, onları geyindirib-soyundurur, körpə ilə oynayır, qazan qaynadır, şorba qızdırır. Pilətəni təmizləyir, vaxtında dərman töküb kraliçaya verir, ona qulluq edir, əlindən gələn hər işi görürdü. O lap əldən düşüncəyədək əlləşib-çalışırdı, çünki onların sarayında nökər-qulluqçu azdı, ona görə ki, birincisi, kral kasıbdı, ikincisi, kralın işlədiyi idarədə maaşın artırılmasından hələ söz-söhbət belə yoxdu, üçüncüsü, maaş gününə hələ çox qalırdı, elə çox qalırdı ki, o gün buradan göydə bapbalaca ulduz kimi güc-bəla ilə görünürdü.
Yaxşı, kraliçanın huşsuz yatağa düşüb qaldığı o səhər sehrli sümük bəs harda idi? Əlbətt ə, şahzadə Alisiyanın cibində. O, kraliçanı huşa gətirmək üçün sümüyü cibindən az qala çıxaracaqdı ki, təzədən yerinə qoydu, burun duzu şüşəsini axtarmağa başladı.
O səhər kraliça özünə gəlib, bir balaca yuxuya gedər-getməz şahzadə Alisiya yuxarı cumdu ki, ən böyük rəfi qəsinə xəlvəti ən böyük sirrindən danışsın. Onun ən böyük rəfi qəsi hersoginya idi, amma bunu şahzadə qızın özündən savayı heç kəs bilmirdi.
Ən böyük sirri isə sehrli sümüyün sirri idi. Hersoginya bu sirdən xəbərdardı, çünki şahzadə gəlib hər şeyi, hər şeyi ona danışırdı. Şahzadə qız təmtəraqla geyinmiş hersoginyanın gözüaçıq uzandığı balaca çarpayının qarşısında diz çökdü, gizli fi kirlərini ona pıçıldadı. Hersoginya gülümsədi, başını tərpətdi. Alisiya heç ağlına gətirə bilməzdi ki, hersoginya gülümsəyər və başını tərpədər. Amma o, gülümsəyir və başını tərpədirdi, ancaq şahzadədən savayı heç kəs bunu bilmirdi.
Sonra şahzadə Alisiya qayıdıb aşağı yüyürdü ki, kraliçanın yanında otursun. O, kraliçanın yanında tez-tez tək-tənha oturardı. Lakin kraliça xəstələnəndən şahzadə onun yanında kralla otururdu. Hər axşam da kral gözünün ucu ilə şahzadə qızına baxır, sehrli sümüyünə toxunmadığına, ondan kömək istəmədiyinə təəccüb eləyirdi. Hər dəfə bunu hiss edəndə şahzadə qız yuxarı, hersoginyanın yanına yüyürər, yenə, onunla xısın-xısın danışar, hər dəfə də mütləq deyərdi: “Hamı elə fikirləşir ki, uşaqlar ağılsız-düşüncəsizdilər”. Hersoginya çox ədəb-ərkanlı olsa da bu sözlərin cavabında şahzadə qıza göz vurardı.
Bir dəfə axşam şahzadə atasına “Gecəniz xeyrə qalsın» deyib yatmağa getmək istəyəndə kral dedi:
— Alisiya.
— Bəli, ata.
— Sehrli sümük hardadır?
— Cibimdədir, ata.
— Elə bildim, itirmisən.
— Yox, ata.
— Onu yadından çıxarmamısan ki?
— Yox, atacan!
Bir dəfə kiçik şahzadələrdən biri məktəbdən qayıdıb qapı ağzında dayananda qonşu blokdan çıxan qeyzli, qapağan bir mops onun üstünə atıldı. Cumbulu şahzadə qorxudan özünü itirdi, əlini qapıya atanda şüşə əlini elə kəsdi, elə kəsdi, elə kəsdi ki, gəl görəsən. On yeddi şahzadə qız və oğlan bunu görəndə qorxudan özlərini elə itirdilər, elə ağlaşmağa başladılar ki, on yeddisinin də sifəti bir anda göm-göy göyərdi. Lakin şahzadə Alisiya on yeddisinə də növbə ilə yanaşıb əlini bir-bir onların dodaqlarına qoydu, xəstə kraliçanın yatağı yaxınlığında səs-küy salmamalarını tapşırdı. Sonra yaralı əli təmiz, soyuq su dolu tasa saldı—on yeddini ikiyə vuraq (dörd yazırıq, bir yadda, iki üstə gəl bir—üç, bərabərdir otuz dörd)—otuz dörd göz tasa zilləndi görsün ki, Alisiya yaralı əldə şüşə qırıntısı qalıb-qalmadığını necə yoxlayır. Xoşbəxtlikdən heç bir şey qalmamışdı! Sonra Alisiya tappa-tupla gəzişən iki toppuş, cumbulu şahzadəyə dedi: “Gedin, içində xırda parçalar olan kral torbasını bura gətirin. Mən özüm biçməli, tikməli; kəsməli, hər şeyə də özüm əncam çəkməliyəm”.
Bu iki şahzadə içində xırda parçalar olan kral torbasını axtarıb tapdılar, darta-darta çəkib gətirdilər. Şahzadə Alisiya iri qayçını, iynəni, sapı götürüb yerdə oturdu, biçməyə, tikməyə, kəsməyə, hər şeyə özü əncam çəkməyə başladı. Sarğı düzəltdi, yaralı əlinin üstünə qoyub bağladı. Sarğı düpbədüz oldu, bir cıqqı artıq-əskiyi olmadı. İşini görüb qurtarmışdı ki, şahzadə Alisiya kralın, atasının qapı ağzında dayanıb ona baxdığını gördü.
— Alisiya.
— Bəli, ata?
— Neyləyirsən?
— Biçirəm, tikirəm, kəsirəm, hər şeyə də özüm əncam çəkirəm, ata.
— Bəs sehrli sümüyün hardadır?
— Cibimdədir, ata.
— Dedim, bəlkə, itirmisən onu?
— Yox, ata.
— Onu yadından çıxarmamısan ki?
— Yox, atacan!
Sonra Alisiya yuxarı, hersoginyanın yanına cumdu, bütün əhvalatı ona danışdı. Yenə pıçhapıç başlandı. Sonra hersoginya sarışın saçlarını silkələdi, ətli dodaqlarını aralayıb güldü.
Bir dəfə də körpə, buxarının taxçasından yıxıldı. On yeddi şahzadə buxarıdan, pilləkəndən yıxılmağa artıq alışmışdılar, çünki bu işlə çoxdan məşğuldular. Körpə isə buna öyrəşməmişdi, buna görə də yanağı şişdi, gözünün altı qaraldı. Yazıqcığaz ona görə yıxılmışdı ki, şahzadə Alisiyanın qucağında deyildi. (axı körpə yıxılanda iyrənc, kirli, iri bir önlük bağlamış Alisiya mətbəxdə, pilətə qarşısında oturub şorba üçün şalğam təmizləyirdi). Ona görə bu işə girişmişdi ki, o səhər kralın aşpaz qadını yeganə sevgilisinə, əməllicə kefl ənib gəlmiş uzundraz əskərə qoşulub qaçmışdı. Hə də, hay deməmiş ağlayan on yeddi şahzadə qız və oğlan,əlbəttə, burda da haray-həşir salıb ağlamağa başladı. Şahzadə Alisiya (o da özünü saxlaya bilməyib bir balaca göz yaşı axıtdı), nəhayət, özünü ələ aldı. uşaqlara sakitləşməyi, sürətlə sağalan kraliçanın sağalmasına mane olmamağı tapşırdı və dedi: “Ay meymunsifət dəcəllər, kəsin səsinizi! Mən körpəyə baxıncayədək cınqırınız çıxmasın!” O, körpənin bədənini yoxladı. Məlum oldu ki, körpənin heç yeri zədələnməyib. Sonra şahzadə Alisiya başıbəbalı körpənin gözünə soyuq ütü qoydu və körpə beləcə onun qucağında yuxuya getdi.
Onda Alisiya on yeddi şahzadə qız və oğlana belə dedi: “Körpəni əlimdən yerə qoymağa qorxuram. İşdir, oyansa, ağrılar yenidən ona aman verməyəcək. Əgər siz özünüzü yaxşı aparsanız, hamınıza aşpazlıq etməyə icazə verərəm”.
Bu sözləri eşidən kimi hamı şadlığından atılıb-düşməyə başladı. Sonra da köhnə qəzetlərdən özlərinə aşpaz papağı düzəltməyə girişdilər.
Bunlar hazır olandan sonra şahzadə Alisiya birinə duzqabı, o birinə arpa yarması, o birinə göyərti, o birinə şalğam, o birinə kök, birinə soğan, digərinə ədviyyat gətirməyi tapşırdı. Belə ki, uşaqların hamısı aşpaz olmaq həvəsilə çalışıb özlərini şil-küt etdilər. Alisiya isə kirli, böyük önlükdə onların arasında oturub körpəyə dayəlik eləyirdi.
Şorba əlüstü hazır oldu. Bu vaxt körpə də oyandı, bapbalaca mələk kimi gülümsədi. Alisiya saxlamaq üçün onu şahzadə qızlardan ən səbirlisinə verdi. Sonra şahzadə qız və oğlanların hamısı uzaq küncə yığışıb şahzadə Alisiyanın şorbanı boşqablara çəkdiyinə oradan, uzaqdan baxmağa başladılar. Çünki onlar şorbanın üstlərinə sıçrayacağından, əl-ayaqlarını yandıracağından ehtiyat edirdilər (onlar hay deməmiş qorxurdular). Şorba boşqablara töküldükdən sonra hər boşqabdan buxar burumları qalxmağa, ləzzətli yemək iyi ətrafa yayılmağa başlayanda uşaqlar sevinib əlçaldılar. Onlara baxıb körpə də əl çaldı. Körpənin dişi ağrıyırmış kimi üzü şişmişdi, ona baxanda adamı gülmək tuturdu, buna görə də hamı gülüşdü.
Şahzadə Alisiya dedi: “Gülün, amma özünüzü yaxşı aparın. Əgər özünüzü yaxşı aparsanız, nahardan sonra küncdə döşəmənin üstündə çəpərli bir yer düzəldərik, körpəni oturdarıq orda, özümüz isə on səkkiz aşpaz rəqsi oynarıq, o da tamaşa edər bizə”. Bu fi kir şahzadə qız və oğlanların xoşuna gəldi, onlar şorbanı tərtəmiz yedilər, bütün boşqabları tərtəmiz yudular, stolun üstünü tərtəmiz təmizlədilər. Sonra stolu küncə çəkdilər və hamısı necə vardısa elə aşpaz papağında, şahzadə Alisiya isə cansıxıcı, qaba, iri önlükdə körpənin qarşısında on səkkiz aşpaz rəqsini oynamağa başladılar. Mələkciyəz isə şişmiş üzünü, xırdaca gözünün altındakı qaraltını tamam unudaraq şadlığından uğunub gedirdi.
Elə bu vaxt Alisiya qapı ağzında dayanıb bütün bu həngaməyə tamaşa eləyən atasını—kral Birinci Uotkinsi yenə gördü. Kral soruşdu:
— Alisiya, neyləyirsən?
— Bişirib-düşürürəm, hər şeyi özüm fikirləşib düzəldirəm, ata.
— Alisiya, daha neyləyirsən?
— Əlimdən gələni edirəm ki, uşaqların kefi kök olsun, ata.
— Bəs sənin sehrli sümüyün hardadır, Alisiya?
— Cibimdədir, ata.
— Dedim bəlkə itirmisən onu?!
— Yox, ata, itirməmişəm.
— Bəlkə unutmusan, yadından çıxıb?
— Yox, ata, yox.
Kral dərindən, çox dərindən köksünü ötürdü. O, elə pərişandı, elə qəmli oturdu və dirsəyini mətbəx stoluna dayayıb başını yana əyərək əlinə elə söykədi ki, on yeddi şahzadə oğlan və qız atalarını şahzadə Alisiya və körpə mələkciyəzlə tək-tənha qoyub heç hiss edilmədən, səssiz-səmirsiz mətbəxdən çıxdı.
— Nə olub, ata?
— Qızım, mən çox kasıbam.
— Pulun heç yoxdur, ata?
— Heç yoxdur, qızım.
— Bir qəpik də pul qazana bilmirsən, ata?
— Bir qəpik də,—deyə kral cavab verdi.—hər cür səy eləmişəm, var gücümlə çalışmışam, bir şey çıxmayıb.
Bu sözləri eşidəndə şahzadə Alisiya əlini sehrli sümüyün saxlandığı balaca cibinə toxundurdu. Sonra soruşdu:
— Ata, biz var gücümüzlə çalışanda və hər cür səy eləyəndə, deməli, əlimizdən gələn hər şeyi, hər şeyi etmiş oluruq?
— Əlbəttə, Alisiya.
— Belə çıxır ki, biz əlimizdən gələn hər şeyi, hər şeyi ediriksə, bunun da bir xeyri olmursa, deməli, vaxtında xahiş etmək lazımdır ki, bizə kömək eləsinlər.
Bu da sehrli sümüyün ən başlıca sirri idi. Böyük pəri Sinemoranın krala dediklərini atasının dilindən eşidən Alisiya bu sirri özü tapmışdı.
Hələ üstəlik bu sirri gözəl-göyçək, zərif rəfiqəsi hersoginyanın qulağına da pıçıldamışdı.
Odur ki, şahzadə Alisiya qurutduğu, təmizlədiyi, sədəf kimi parpar parıldayıncayadək sürtdüyü sehrli sümüyü cibindən çıxartdı, astaca öpdü, sonra da ondan maaş gününün gəlməsini xahiş elədi! Dərhal kralın maaş günü gəldi, qızıl pullar sobanın bacasından səs sala-sala axışıb mətbəxin ortasına, döşəməyə səpələndi.
Amma bununla iş bitmədi, işin heç yarısı da, heç dörddə biri də bitmədi, çünki ardınca elə o saat, dərhal Böyük pəri Sinemoranın özü dörd dənə tovuz quşunun qoşulduğu karetdə çapıb gəldi. Karetin arxa tərəfində başdan-ayağadək gümüşə, qızıla tutulmuş, şlyapasına xoruz lələkləri sancılmış, başına pudralı parik qoymuş, ayaqlarına qıpqırmızı ipək corab geymiş, əlinə almaz bəzəkli balaca əsa almış və tamam ətirlənmiş bir oğlan dayanmışdı—bu mister Pikklzin dükanında işləyən oğlandı. Budur, karet dayanan kimi oğlan yerə hoppandı, görünməmiş bir mərifətlə əlini Böyük pəri Sinemoraya uzatdı. Böyük pəri Sinemora rəngdən-rəngə çalan, qəşəng, bahalı ipək donda, quru lavanda ətri verərək, təmtəraqlı bir yelpinclə üzünü yellədə-yellədə karetdən çıxdı. Bu füsunkar yaşlı pəri dedi:
—Alisiya, əzizim, necəsən? Ümidvaram ki, hər şey öz qaydasındadır,eləmi?
Şahzadə Alisiya pərini qucaqladı, onda Böyük pəri Sinemora üzünü
krala döndərib soyuq bir tərzdə soruşdu:
— Özünüzü əməlli aparırsınız?
Kral cavab verdi ki, deyəsən, hə.
Pəri şahzadə Alisiyanı öpüb soruşdu:
— Bu qızımın sehrli sümüyü nəyə görə indiyəcən işə salmadığı, zənnimcə, daha sizə məlumdur.
Bu sözdən xəcalət çəkən kral başını aşağı saldı.
— Onda sizə aydın deyildi, eləmi?
Kral daha çox xəcalət çəkib yenə başını aşağı saldı.
— Daha bir şey soruşmaq istəmirsiniz?—deyə pəri xəbər aldı.
Kral üzr istəyib, dedi ki, yox.
Pəri dedi:
— Bax, bundan belə də özünüzü əməlli aparın, həmişə, həmişə də xoşbəxt olun.
Bunu deyib Sinemora yelpincini bərkdən yellədi, dərhal olduqca qəşəng geyimli kraliça, ardınca da əyinlərində lap boylarına biçilmiş təptəzə paltarlar olan on yeddi şahzadə qız və oğlan içəri doluşdu. Bu paltarlar daha heç vaxt onlara dar gəlməyəcək, qısa olmayacaqdı, çünki paltarlarda o qədər büzmə vardı ki, onları həmişə açıb uzatmaq, genəltmək mümkündü. Sonra pəri yelpincini şahzadə Alisiyanın çiyninə toxunduran kimi qızın cansıxıcı, qaba, iri önlüyü əynindən çıxıb uçdu, şahzadə qız zərif, qəşəng geyimdə, balaca gəlin kimi başında çələng və gümüş duvaq peyda oldu. Sonra mətbəx asılqanı ən yaxşı ağacdan qayrılmış iri paltar şkafına çevrildi. Qızıl çərçivəli güzgüsü olan bu şkafın içi düpbədüz Alisiyanın əyninə biçilmiş hər cür paltarla dopdolu idi. Sonra körpə də ayaq açıb gəzməyə başladı, üzü, gözünün altı nəinki pisləşməmişdi, əksinə, xeyli yaxşılaşmışdı. Onda Sinemora xahiş elədi ki, onu hersoginyaya təqdim etsinlər. Hersoginya gətirildi və onlar səmimi qəlbdən, dəfələrlə bir-birini salamladılar.
Pəri ilə hersoginya bir qədər pıçıldaşdılar, sonra pəri ucadan dedi:
“Bəli! Mən bilirdim ki, o, bu sirrini sizinlə bölüşəcək”. Sonra Sinemora krala və kraliçaya müraciət edib dilləndi: “Biz indi gedib şahzadə Çox uzaq mənzileççini axtaracağıq. Düz yarım saatdan sonra kilsədə olun və gəlişinizlə bizi şad edin. Pəri Sinemora və şahzadə Alisiya karetə minib yanaşı oturdular, mister Pikklzin dükanında işləyən oğlan hersoginyanı da onlarla üz-üzə oturtdu. Pilləni yığışdırdı, karetin arxasına keçib öz yerinə qalxdı, tovuz quşları quyruqlarını açdılar və karet havaya milləndi, dövrə vurub uçdu.
— Haqlısınız. Mən xeyirxah Böyük pəri Sinemorayam.
Mənə diqqətlə qulaq asın. Nahar üçün evə qayıdanda şahzadə Alisiyanı indicə aldığınız somğa balığının dadına baxmağa nəzakətlə dəvət edin.
— Bəlkə balıq ona zərərdir,—deyə kral dilləndi.
Bu gülməli fi kir yaşlı qadını elə hirsləndirdi ki, kral bərk qorxdu, acizanə surətdə ondan üzr istədi.
Yaşlı qadın lap özündən çıxmışdı:
— Elə bunu eşidirsən ki, o zərərdir, bu zərərdir! Məncə balığın hamısını özünüz yemək istəyirsiniz. Acgözlük yaxşı deyil!
Kral başını aşağı salıb bütün bu danlaqları dinlədi, sonra dedi ki, daha bir də bu barədə cınqırını da çıxarıb bir söz deməz.
Böyük pəri Sinemora dedi:
— Bundan sonra özünüzü, əməlli aparın, bir də belə işlər tutmayın... Gözəl şahzadə Alisiya somğadan yeməli olsa, mənə elə gəlir ki, yeyər, boşqabında bir sümük qaldığını görəcəksiniz. Ona tapşırın ki, sümüyü qurutsun, təmizləsin və sədəf kimi parıldayıncayadək yaxşıca sürtsün. Sonra da sümüyü qorusun, çünki o sümük mənim ona hədiyyəmdir.
Kral soruşdu:
— Vəssalam?
— Bu nə hövsələsizlikdir, ser.—deyə Böyük pəri Sinemora yenə kralı ciddi danladı.—Sözümü kəsməyin, başqalarına da danışmağa imkan verin. Siz böyüklər elə həmişə adamın səsini ağzında qoymağa çalışırsınız.
Kral yenə başını aşağı saldı, dedi ki, daha heç vaxt heç kəsin sözünü yarımçıq kəsməyəcək.
Böyük pəri Sinemora dedi:
Şahzadə Çoxuzaqmənzileççi oturub özüyçün arpa qovurğası yeyir, gözləyirdi ki, nə vaxt doxsan yaşı tamam olsun, o da böyüsün. Tovuz quşlarının, dallarınca isə bir karetin pəncərədən içəri təpildiyini görəndə o, dərhal başa düşdü ki, nəsə qeyri-adi bir tədbir hazırlanır.
Sinemora dedi:
— Şahzadə, sənə gəlin gətirmişəm.
Bu söz ağzından çıxar-çıxmaz şahzadə Çoxuzaqmənzileççinin sifəti qızardı, gödəkcəsi və velvet şalvarı mayməxmərə döndü, özü də qıvrımsaç bir oğlan oldu. Lələkli bir şlyapa quş kimi uçub onun başına qondu. Pəri onu karetə dəvət elədi, oğlan keçib hersoginyanın yanında oturdu, onu əvvəllər də tanıdığı üçün onlar keçmiş tanışlığı ancaq bərpa etmiş oldular.
Şahzadə oğlanın qohum-əqrəbaları, dostları, şahzadə Alisiyanın qohum-əqrəbaları dostları, on yeddi şahzadə bacı və qardaşı, körpə şahzadə və bir dəstə qonum-qonşu artıq kilsəyə yığışıb onları gözləyirdilər. Toy da toy idi ha! Gəlinin rəfi qəsi hersoginya nikah mərasiminə hündür bir yerdən tamaşa eləyirdi—onu orda oturtmuş, skamyadan götürülmüş biryastığa söykəmişdilər.
Sonra Sinemora bir toy məclisi qurdu ki, gəl görəsən! Süfrədə yeməkdən, içməkdən nə yoxdu?! Hər şey vardı, lap artıqlaması ilə. Başdan-ayağa atlas lentlərlə, kremdən hazırlanmış gümüşü və ağ zanbaqlarla bəzədilmiş toy tortu elə böyük, elə böyükdü ki, ətrafına dolanmaq üçün qırx addım atmaq lazımdı.
Sinemora cavanların sağlığına badə qaldırdı, cavab nitqini şahzadə Çoxuzaqmənzileççi söylədi. Hamı çığırışdı: «Gip-gip-gip-urra!» Sonra Sinemora krala və kraliçaya bildirdi ki, bundan belə kralın maaş günlərinin sayı ikiqat artacaq, uzun illərdə isə daha iki maaş günü əlavə olunacaq.
Sonra üzünü şahzadə Çoxuzaqmənzileççiyə və şahzadə Alisiyaya tutdu:
«Mənim əzizlərim! Sizin otuz beş uşağınız olacaq, hamısı da əməlli-başlı olacaqlar. Onlardan on yeddisi oğlan, on səkkizi qız olacaq. Hamının da qəşəng təbii saçları olacaq. Onlar heç vaxt qızılca xəstəliyinə tutulmayacaqlar, göyöskürəkdən peyvəndi isə onlara hələ doğulmamış eləyəcəklər”.
Bu xoş xəbərləri eşidən camaat təzədən çığırışdı: «Gip-gip-gip-urra».
Bütün bu danışıqlara Sinemora belə yekun vurdu:
— İndi qalır bircə sümük məsələsi.
O, sümüyü şahzadə Alisiyanın əlindən aldı, sümük dərhal uçub qonşu blokdakı qeyzli, qapağan mopsun ağzına girdi, boğazında ilişib qaldı.İt o saat boğuldu, canı çıxdı.