Çalışqan əl nəyə dəysə qızıl olar.
***
Zəhmət yiyəsi-hörmət yiyəsi.
***
Çəkilən zəhmət hədər getməz.
***
Susuz həyat olmaz, zəhmətsiz rahatlıq.
***
Yaz günündə tərləməyən qış günündə titrəyər.
***
Əvvəl zəhmət çəkən sonra rahat olar.
***
Zəhmətsiz rəhmət olmaz.
***
Tənbəllik azar artırar, işləmək canı saf eylər.
***
Yazı – zəhmət, qışı – rahət.
***
Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır.
***
El çalışar, yer sevinər.
Yer barlanar, el sevinər.
***
Vicdanla işləyən gözükölgəli olmaz.
***
Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar.
***
Adam ağır zəhmətlə alim olur.
***
Lazım olan bir sənəti axtar sən
Veyil-veyil dolanmaq çox yamandır.
Lazım olan bir sənəti tapdınmı
Möhkəm yapış, əldən vermə, amandır.
04.12.2024