Yeniyetmə idmançımız- Rəvan Əhmədov
Uşaq yaradıcılığı rubrikasının bugünkü qonağı Rəvan Əhmədovdur. O, beş avqust 2012-ci ildə Bakı şəhərində anadan olub.
316 nömrəli məktəbin 7-ci sinif şagirdi olan Rəvan Əhmədov dərslərini yaxşı oxumaqla yanaşı idmana da həvəs göstərir. Belə ki, onun idmana olan marağını görən valideynlərinin də dəstəyi ilə Rəvan Əhmədov idmanla ciddi məşğul olmağa başlayır. 2022-ci ildən “Zəfər 44" idman klubunda muay tay idman növü ilə məşğuldur.
Bir çox yarışlarda iştirak edən Rəvan, müəllimi Bəhram Cəfərlinin də səyləri nəticəsində uğurlu nəticələr əldə edib. Ən son Türkiyənin Antalya şəhərində keçirilən çempionatda 12-13 yaş kateqoriyasında yarışaraq, erməni rəqibinə qalib gəlmiş, birinci yerə layiq görülmüşdür.
İnanırıq ki, Rəvan Əhmədovun uğurları bununla kifayətlənməyəcək. Qonağımız olduğu üçün gənc idmançımıza təşəkkür edir, ona uğurlar arzu edirik.
09.12.2024