Xəbərlər

Xaçmaz məktəbliləri arasında keçirilən məntiq yarışının qalibləri mükafatlandırılıb

Xaçmazda 14 Yanvar - Dünya Məntiq Günü ilə əlaqədar keçirilən "Rəngarəng məntiq" yarışının qalibləri müəyyənləşib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə təhsil sektorunun təşkil etdiyi yarışda 7 ümumi təhsil məktəbinin komandası iştirak edib.

 

Final mərhələsində Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin komandası I yeri, Xudat şəhəri İbrahim Məlikov adına 5 nömrəli ümumi orta məktəbin komandası isə II yeri qazanıb.

 

Qalib komandalar kubok və təşəkkürnamə ilə mükafatlandırılıb.