Təhsil insan hüququ, ictimai sərvət və ictimai məsuliyyətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.
Qadınların təhsildən geri saxlanılması ilə bağlı problem bir çox ölkələrdə müşahidə olunmaqdadır. Təhsil ümumbəşəri insan hüququdur və ona hörmət edilməlidir. Dünyanın heç bir ölkəsi qadınların və qızların təhsilinə mane olmamalıdır.
Təhsil uşaqlara yoxsulluqdan çıxaracaq nərdivan və perspektivli gələcəyə aparan yol təklif edir.
Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində yer alır. Bəyannamədə pulsuz və icbari ibtidai təhsil tələb olunur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası daha da irəli gedir ki, ölkələr ali təhsili hamı üçün əlçatan etsin.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.
24.01.2025