Xəbərlər

Lənkəranın istedadlı gəncləri robot yarışlarında kubok qazanıblar

“STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “VEX Robotics” yarışlarının “VEX IQ” kateqoriyası üzrə “JosephCUP 2025” adlı Respublika turniri keçirilib. Tədbirdə Azərbaycanın 19 fərqli regionundan 50-dən çox komanda iştirak edib, ümumilikdə 300-dən çox şagird mübarizə aparıb. İştirak edən komandalar təhsil aldıqları məktəbləri təmsil edərək həm fərdi bacarıqlarını nümayiş etdirib, həm də komanda ruhunu ön plana çıxarıb. Yarışda Lənkəran STEAM Mərkəzində hazırlaşan Lənkəran şəhər 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin şagirdlərindən ibarət URP komandası 2-ci yeri və “Excellence” kubokunu qazanıb.