“Nağıllar aləmində” yenidən səhnədə
Fevralın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Nağıllar aləmində” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Səhnə əsəri rəngarəng musiqi nömrələri ilə zəngindir.
18.02.2025