Xəbərlər

“Sehrli Bağ” – yeni növ dərman bitkiləri və çiçəkləri ilə unikal landşaftın yaradılması mövzusunda müsabiqə elan olunur

“NG Creators Club”-un verdiyi məlumata əsasən, Qori Müəllimlər Seminariyasının məzunu, maarifçi Teymur Bayraməlibəyov və digərlərinin bitkilər haqqında tədqiqat işləri əsasında uşaqların təbiət irsilə tanış edilməsi, gənclərin bu istiqamətdə interaktiv bilik və bacarıqların inkişaf etdirilməsi, təbiətin Landşaft aləmində dizayn (TRİZ metodikası) bacarıqların formalaşdırılması məqsədilə “NG Creators Club”-un “Pedaqoji İrs. Azərbaycan Maarifçiləri” layihəsi çərçivəsində həmin layihənin fəaliyyət istiqamətlərindən biri kimi “Sehrli Bağ” adlı təşəbbüsün ictimai əsaslarla həyata keçirilməsi nəzərdə tutulur.

 

Landşaft dizayn, botanika və rəsmə maraq göstərən 7-9-сu sinif şagirdləri müsabiqədə iştirak edə bilər.

 

Müsabiqə iki Nominasiya üzrə təşkil edilir:

1.  Rəsmlər/İllüstrasiyalar: İştirakçılar “Sehrli Bağ”ın və ya onun tərkib hissələrinin təsviri ilə bağlı eskizlər və ya detallı illüstrasiyalar təqdim etməlidirlər. Rəsmlər -Landşaft dizaynı elementlərini (dekorativ elementlər, bitkilər, yollar, su hövzələri) əhatə etməli, unikal bitkilər – yeni dərman bitkiləri və fantastik çiçəklər təqdim edilməlidir. Hər bir bitkinin adı, xüsusiyyətləri, tətbiq sahəsi və dekorativ keyfiyyətləri təsvir edilməlidir.

2.  Bağın salınmasına dair təkliflər: yeni bitki növlərinin təsviri, onların xüsusiyyətləri, tibbi və dekorativ əhəmiyyəti və bağ kompozisiyalarında istifadəsi ilə bağlı ideyalar verməlidirlər.

 

Rəsmlər:

-Word Doc formatında (1səhifə- doc, .docx, .pdf).

-Anket: Ad, soyad, şəhər, təhsil müəssisəsinin adı, sinif, dil bölməsi;

 

Təkliflər (Mətn):

-Word Doc formatında (1səhifə- doc, .docx, .pdf).

-Anket: Ad, soyad, şəhər, təhsil müəssisəsinin adı, sinif, dil bölməsi; qeyd edilərək [email protected] ünvanına göndərilməlidir. (e.poçtun mövzu bölməsində: Müsabiqə Sehrli Bağ, Nominasiya : Rəsm və ya Mətn. Ad, Soyad əks olunmalıdır). Hər iştirakçı 1-2 iş təqdim edə bilər.

 

Müsabiqədə iştirak etmək üçün şagirdlər 3 aprel 2025-ci il tarixinə qədər müraciət edə bilərlər.

 

İşlər botanika, landşaft dizaynı və incəsənət sahəsində ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplomlar ( 1-3 pillə) və sertifikatlar (iştirakçılar),  təqdim olunacaq.

 

Qalib olan şagirdlər layihənin növbəti mərhələsində “Sehrli Bağ”ın salınma mərasimində iştirak etmək imkanı qazanacaq.

 

“Sehrli Bağ” müsabiqəsi yaradıcı təfəkkürü, elmi yanaşmanın inkişafını və ekoloji şüuru təşviq edir.

 

Müsabiqə barədə əlavə məlumat almaq üçün [email protected] və +994504462123 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.