Xəbərlər

Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”

Martın 14-də Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Gəl, Novruzum” adlı konsert proqramı təqdim olunacaq.

 

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Musiqili Uşaq Teatrı”, “Güləbatın” vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı və milli əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxış edəcək.