Xəbərlər

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə  “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur. 


8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliğidir. Müsabiqə “Vətən mövzusunda ən yaxşı rəsm” (A3 formatda, şəkillərin sayı 3-ə qədər olmalıdır, akvarel boyası ilə çəkilməlidir) nominasiyası üzrə keçiriləcək.


Yaradıcılıq işlərində iştirakçının soyadı, adı və atasının adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsi göstərilməli, işlər [email protected] elektron poçtuna göndərilməlidir. Müraciət üçün son tarix 22 may 2025-ci ildir. 


Qaliblər 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq.

 

Facebook: Uşaq Bilik Portalı, instagram: @usaqbilikportali