"Kimya" sözünün mənşəyi
Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı.
XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məhfumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing.chemistry, alm.chemie, çex və hol. chemic, pol., slov. və lat. chemia, türk. kimya və.s.
Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır. Bu faktları "kimya" sözünün mənşəyinin tapılmasında istinad nöqtəsi kimi qəbul etmək olarmı?
Məhz tarixçilər də belə mühakimə edirdilər. Onların bir neçəsi qeyd edirdi ki, "kimya" sözü qədim yunan dilinin bir neçə sözü ilə həmahəngdir. Məs., təbabətə və əczaçılığa dair əlyazmalarda rast gəlinən "kimos" və ya "kümos" sözləri "sərbəst" mənasını verirdi. "Kima" və ya "küma" sözləri isə tökmə" kimi tərcümə olunurdu.
Digər tədqiqatçılar "kimya" anlayışının mənşəyini Misirin qədim adı ilə əlaqələndirirdilər. "Kömi" sözü ölkənin öz adı kimi işlənirdi, bundan başqa, qaratorpaq- məhsuldar Nil vadisi lilinin torpağı mənasını verirdi. Bu nöqteyi-nəzəri elmlərin tarixilə məşğul olmuş məşhur fransız kimyaçısı Marselen Bertlo və onun əməkdaşları müdafiə edirdilər. Onlar təsdiq edirdilər ki, "kimya" yerin tərkini öyrənən biliklər sahəsidir.
Hətta belə bir cazibədar fərziyyə irəli sürülürdü ki, "kimya" sözü qədim çin dilində "qızıl" mənasını verən "kim" sözündən yaranmışdır.
Müasir kimya məfhumuna bu və ya digər dərəcədə daha yaxın olan "kimeya" sözünü IV əsrin ikinci yarısında ilk dəfə olaraq yunan filosofu və təbiətşünası Zosima Panopolitanski işlətmişdir.
07.04.2025