Bakıda növbəti Uşaq Kitab Festivalı təşkil olunacaq
Aprelin 10-dan 13-dək Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı təşkil ediləcək.
Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.