Bu maraqlıdır!

İlk saç feni

İlk saç feni 1888-90-cı illərdə fransız bərbər Aleksandr-Ferdinand Qodfrua tərəfindən icad olunub.

 

Bu fen müasir fenlər kimi əl ilə tutulmurdu. O, bərbər kreslosuna birləşdirilmiş iri bir qurğu idi. Qurğu isti hava yaratmaq üçün qaz sobasına qoşulurdu və saçları bu hava ilə qurudurdu.

 

Daşına bilən deyildi və istifadəsi də olduqca çətin idi.

 

İlk dəfə 1911-ci ildə bir istehsal şirkəti tərəfindən patentləşdirilən və “salon tipi saç qurutma maşını” adlandırılan makina 70-ci illərə qədər çox da dəyişmədi. Yəni saç qurutma maşınları hələ böyük idi.

 

1920-ci illərdə elektriklə işləyən, portativ saç fenləri hazırlanmağa başlandı. İlk modellər ağır, böyük və zəif gücə malik idi. Mühəndislərin təkmilləşdirmə səyləri zamanla nəticə verdi və 70-ci illərdən etibarən saç qurutma maşınları lüks şəkildə olmasa da, evlərin hamamlarında öz yerini tutdu.

 

1960-cı illərdən etibarən daha yüngül, güclü və təhlükəsiz saç fenləri inkişaf etdirildi.