Təbiət

Pişiklər adası- Aoşima

Aoşima , Yaponiyanın cənubunda Ehime prefekturasında yerləşən kiçik bir adadır. 
 
 
Yaponiyada heyvanlarla bağlı bir çox maraqlı yerlər görə bilərisiz. Onlardan biri də Aoşima adasıdır. Dünyada “Pişiklər adası” kimi tanınır. Bu ad, adada yaşayan pişiklərin sayının insanlardan çox olması ilə əlaqədardır.
 
 
Pişik adalarının yaranması haqqında müxtəlif fərziyyələr var. Bəziləri mif və əfsanələrlə bağlıdır. Aoşima 1900-cü illərdə balıqçılıq mərkəzi idi və balıqçılar siçan problemini pişiklə həll etməyə çalışmışdırlar. Daha sonra bu pişiklər adaya yönəlmişdirlər.
 
1940-cı illərdə adada 900-ə yaxın insan yaşayırdı. Lakin zamanla balıqçılıq sənayesinin zəifləməsi və gənclərin şəhərlərə köçməsi nəticəsində əhali azalıb. 2015-ci ildə bu rəqəm 22 nəfərə düşmüşdü . 2024-cü ilə qədər isə adada cəmi 4 nəfər yaşayır .
 
Adanı adi turistlər üçün cazibədar adlandırmaq çətindir. Burada restoran, otel və mağazalar yoxdur.
 
Aoşima, pişiksevərlər üçün cəlbedici bir məkan olsa da, adada turizm infrastrukturu zəifdir. Yalnız gündə iki dəfə gedən kiçik bir bərə ilə adaya çatmaq mümkündür. Son illərdə həm pişiklərin, həm də insanların sayı azalıb. Pişiklərin sayını nəzarətdə saxlamaq üçün kısırlaşdırma proqramları həyata keçirilir .