25 aprel- Beynəlxalq DNT günüdür
Bu tarix 1953-cü il aprelin 25-də görkəmli alimlər Ceyms Uotson, Frensis Krik, Moris Uilkins və Rozalind Franklinin DNT molekulunun strukturu ilə bağlı apardıqları araşdırmaların nəticələrinin “Nature” jurnalında dərc olunmasını xatırlamaq üçün seçilib.
Həmin tarixdən etibarən DNT testləri müxtəlif problemlərin həllində - cinayətlərin üstünün açılması, valideynlik hüququnun tanınması və digər məsələlərdə həlledici rol oynayır. Texnoloji tərəqqi dövründə bu analizlərin keyfiyyəti və sürətliliyi baxımından ciddi irəliləyiş əldə olunub.
25.04.2025