Uşaq yaradıcılığı

Qonağımız Mehriban Məhərrəmzadədir

Uşaq yaradıcılığı rubrikasının bugünkü qonağı Mehriban Məhərrəmzadədir.

 

Mehriban 10 iyun 2017- ci ildə Bakı şəhərində anadan olub. Ailənin ilk övladı olan Mehriban olduqca bacarıqlı və aktivdir. O, 2023-cü ildə Bakı şəhəri, 245 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olub.

 

Kiçik yaşlarından şahmata maraq göstərən Mehriban 5 yaşından şahmatla məşğuldur. O, 2022 və 2025-ci illərdə qızlar arasında keçirilən şahmat yarışlarında iştirak edib, dərəcələr qazanıb. 

 

Özünü müxtəlif sahələrdə sınamağı sevən qonağımız 2022-2024-cü illərdə rəsmlə də məşğul olub. 

 

Dərslərində uğurlu olan, müəllimləri və məktəb yoldaşları tərəfindən çox sevilən Mehriban, SASMO 2024 Beynəlxalq olimpiadasında iştirak edib və 3-cü yerin qalibi olub, bürünc medalla təltif olunub. Bundan başqa Mehribanın gözəl inşa, hekayə yazmaq qabiliyyəti də var. Bu səbəblə valideynləri Mehribanın həvəskar yazılarını çap etdirib yadigar saxlayır.

 

2024-cü ildə, Pixidoku – Beynəlxalq Məntiq Olimpiadasında iştirak edib, gümüş medal qazanıb. 

 

Mehriban Məhərrəmzadə asudə vaxtlarında rəsm çəkməyi, şahmat, məntiqi oyunlar oynamağı, muzeylərə getməyi, robototexnika ile bağlı, həmçinin digər master-klasslarda iştirak etməyi, üzgüçülüklə məşğul olmağı çox sevir.

 

Biz də öz növbəmizdə Mehriban Məhərrəmzadəyə qonağımız olduğu üçün təşəkkür edir, dərslərində və həyatında uğurlar arzu edirik.