Bacarıqlı əllər

Sığırçın yuvasını necə düzəltmək lazımdır

Bahar fəsli gələn kimi quşlar bala çıxarmaq üçün münasib yer axrtarmağa başlayır. Deməli quş evcikləri düzəltmək üçün lazım olan vaxt gəlib çatıb. Kim indiyə qədər bu işlə məşğul olmayıbsa, quş evciyini düzəltməyin nə qədər asan olacağını görəcək.
 
Əslində quşlar təzə taxtalardan düzələn yeni evciklərə köçməyi hec də xoşlamırlar. Bəlkə onların iyi (halbu ki, tədqiqatçıların çoxun hesab edir ki, quşlar iyi seçə bilmirlər) və ya rəngi quşların xoşuna gəlmir.
 
Quş evciyini ən yaxşısı payızada düzəltmək lazımdır. Açıq havada qışladıqdan sonra yazda uçub gələn sığırçın ailələri tez bir zamanda ora məskunlaşacaq. Əgər payızda sığırçın yuvasını düzəltmək mümkün olmayıbsa, kədərlənməyə dəyməz. Sadəcə olaraq baharda bunun üçün təzə deyil, günəş və ya yağış və qarın altında qalan taxtalardan istifadə etmək lazımdır. 
 
Bir çox ölkələrdə şəhər sakinləri park və xiyabanlar üçün məmnuniyyətlə sığırşın yuvası düzəldirlər. Bəziləri isə quş yuvalarını hətta öz mənzillərinin pəncərələri önündə də qururlar. Sığırçın yuvasını düzəltdikdən sonra onu rəngləmək məsləhət deyil.
 
Əgər siz yuavaya sevdiyiniz rəngi vermək istəyirsinizsə, onu yalnız çöl tərəfdən boyaya bilərsiz. Sığırçın yuvasını heç vaxt fanerdən və ya DSP-dən hazırlamayın, quşlar onların tərkibində olan şirə və yapışqanı sevmirlər. Quş evcikləri yalnız böyüklüyünə görə biri-birindən fərqlənir. Lakin, onların hamısı quşların içəri daxil olması üçün nəzərdə tutulan və dairəvi girişi olan taxta qutulardır.
 
Sığırçın yuvasının divarları üçün dörd ədəd düzbucaqlı, tavan və döşəmə üçün isə iki kvadrat taxta parçası götürmək lazımdır. Taxta parçalarının qalınlığı 2-4 santimetr olmalıdır. Əgər onlar nazik olsa quşlara ya soyuq ya da ki, isti olacaq.
 
Çox qalın taxtalar da quşların xoşuna gəlmir. İşə başlayarkən bəzi məsələlərə diqqət yetirməliyik: qabaq divarı bir qədər önə əymək lazımdır. Bu hələ uça bilməyən quş balalarına girişə doğru dırmanmağa kömək edəcək. Hazır quş yuvasını iysiz boya ilə rəngləmək olar. Ancaq yaşıl rəngdən istifadə etmək lazım deyil. Quşların nədənsə ondan xoşları gəlmir.