Şeirlər

Əjdər Ağayev. Alqış sənə, ey Vətən!

Nə gözəl güllərin var,
Toyun, düyünlərin var.
Daha xoş gəlir bahar,
Alqış sənə ey vətən!

 

Qoy gur yansın ocağın.
Mehribandır qucağın,
Qoy ucalsın bayrağın,
Alqış sənə ey vətən!

 

Yer üzündə tacmısan,
Zəkanla nur saçmısan,
Sabaha yol açmısan,
Alqış sənə ey vətən!

 

Sevib, sevinir hamı,
Coşur şair ilhamı.
Alqış sənə, anamız,
Alqış sənə ey vətən!