Asim Yadigar. Ağlayan, gülən çiçəklər
Güllər, çiçəklər
Doluxur gecə.
Günəşdən ötrü
Darıxır gecə.
Ləçəklərinə
Qonur göz yaşı.
Yanaqlannda
Donur göz yaşı.
Günəşi görcək
Gülür çiçəklər,
Qonur üstünə
Ağ kəöənəklər.
Ağlar gülləri
Ovudur günəş.
Ləçəklərini
Qurudur günəş.
Baxıb güllərə
Çiçəklər gülür.
Ləçəklərindən
İşıq süzülür.