Bacarıqlı əllər

Meyvəli dondurma. Evdə hazırlayırıq.

Bu çox dadlı və asan hazırlanan yay desertini uşaqlar da bacarar. Ana üçün də xoş sürpriz olar. Bu meyvəli təam üçün lazım olanlar: blender (mikser), qaymaq, yoqurt, yaxud kəsmikli pendir və əlbəttə, tam yetişmiş şirəli giləmeyvədir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Birinci üsul: blenderin stəkanına zövqə görə meyvə (qaragilə, çiyələk, moruq, banan, kivi və s.), qaymaq və bir qədər şəkər tozu qoyuruq. Köpüklənənə qədər mikserlə çalırıq. Hazır meyvəli dondurmanı şirniyyat qəliblərinə doldururuq!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İkinci üsul: şirniyyat qəliblərinə növbə ilə giləmeyvə və meyvə doldururuq  və buzxanada dondururuq. İçərisində meyvə parçaları olan ləziz dondurma alınır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şirniyyat qəliblərini 2-3 saat ərzində buzxanada saxlayırıq. Meyvəli dondurmamız hazırdır.