Budaq Təhməz. Atam işıq çəkəndi
Atam nə yer şumlayan,
Nə də ki, yer əkəndi.
Evlərə nur paylayan,
Yaxşı işıq çəkəndi.
Hərdən dirək basdırır,
Gah dərəyə, gah düzə.
Qaranlıq gecələri,
Döndərəndir gündüzə.
İşıq olub atamın,
Peşə dostu, həmdəmi.
Öna görə atama
Deyirlər “İşıq əmi.”