12 aprel - Aviasiya və Kosmonavtika günüdür
12 aprel bütün dünyada aviasiya və kosmonavtika günü kimi qeyd olunur. Bu unudulmaz gündə insanın kosmosa ilk uçuşu gerçəkləşmişdir. 12 aprel 1961-ci ildə Yuri Qaqarin dünya tarixinə kosmosa uçan ilk insan olaraq adını yazdırdı.
Bu gün demək olar ki, əlli ölkədə kosmosa ilk uçuşun ildönümü kimi qeyd olunur. Kosmonavtika tarixində ilk beynəlxalq uçuş 15 iyul 1975-ci ildə gerçəkləşdi. Uçuşun qabaqcılları Sovet gəmisi “Soyuz-19” və Amerika gəmisi “Apollon” idi.
XXI-ci əsrdə kosmik texnologiyalarda təəccübləndirici inkişaf özünü göstərir. On minlərlə kosmik peyk Yer ətrafında fırlanır, kosmik vasitələr Aya enir və oradan torpaq nümunələri gətirir.
8 fevral 2013-cü il tarixində Azərbaycan kosmik ölkələrdən biri oldu. Bu tarixdə Azərbaycanın ilk rabitə peyki Azerspace/ Africasat-1a geostasionar orbitdə 46 dərəcə şərq uzunluğunda istifadəyə verildi.
Peyk, həmçinin Arianespace şirkətinin Kuru kosmodromu tərəfindən də sınaqdan keçirildi. Azerspace-1-in tətbiq zonasına Avropa, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC Qafqaz regionunda ilk peyk operatorudur. Azərbaycanın Azerspace-2/İntelsat 38 geostasionar peyki 25 may 2018-ci il işə salındı.
12.04.2023