Tərəvəzlər haqqında tapmacalar
Alaca,ha bulaca,
Səpdirmişəm yamaca.
Düz dırmaşar ağaca.
(Cavab: Lobya)
Anaxanım atlandı,
Qol qanadı qatlandı.
(Cavab: Kələm)
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
(Cavab: Bibər)
Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən dolar qanlı kasa.
(Cavab: Çuğundur)
Bir balaca mil daşı,
Yandırır dağı-daşı.
(Cavab: İstiot)
Bir toyuğum var,
Yer altında yumurtlar.
(Cavab: Kartof)
Dağdan atsan əzilməz,
Bir yumruğa dözəmməz.
(Cavab: Soğan)
Ləyəndə, ay ləyəndə,
Gül boynunu əyəndə.
Yeyirlər kal vaxtında,
Yemək olmaz dəyəndə.
(Cavab: Xiyar)
16.04.2018